"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

--2019-12-22 / 20:28

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Modern.az xəbər verir ki, səsvermə prosesi saat 08:00-da başlayacaq, 19:00-da başa çatacaq.

Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək.

Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014 il dekabrın 23-də keçirilib.

https://modern.az/az/news/221543

ŞƏRHLƏR