Bu gün dəyərli insan, şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov üçün özəl gün olmaqla, həmdə yübiley günüdür. K.Muradovun 60 yaşı tamam olur. Bacarıqlı və işgüzar bələdiyyə sədri kimi seçicilərin etimadını daim doğrultmağa çalışan Kürdoğlu Muradov şirvan şəhərində bələdiyyənin inkişafına öz töhfəsini bu gün də verməkdədir. Dostumuza uğurlar arzulayır və bundan sonra sağlam ömür yaşamaqla bələdiyyənin inkişafına daha böyük dəstək verməklə, irihəcmli sosial layihələrə imza atmağı arzu edirəm.
indisə yubilyarın tərcümeyi halına diqqət yetirək:
****************************************
Muradov Kürdoğlu Barat oğlu 20 Sentyabr 1962-ci ildə Azərbaycan Respublikası Sabirabad rayonunun Aleksandrovka kəndində fəhlə ailəsində anadan olub.
1969-cu ildə Sabirabad rayonunun Aleksandrovka kənd səkkizillik məktəbinin 1-ci sinfinə daxil olub, 1979-cu ildə Sabirabad rayon Vladimirovka kənd orta məktəbinin 10-cu sinfini bitirib.
1984-cü ildə Azərbaycan inşaat Mühəndisləri institutunu bitirib.
əmək fəaliyyətinə 1984-cü il avqustunda Pirsaat qəsəbəsi Qobustan Suvarma Sistemləri istismarı trestində başlayıb.
1984-1986-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub.
25 Avqust 1986-cı ildən 13 iyun 1994-cü ilə kimi Sabirabad rayon “Muğan Su Tikinti” trestinin 8 â„–-li SMD-də çilingər, mühəndis, baş mexanik vəzifəsində, 13 iyun 1994-cü ildən 19 Oktyabr 1995-ci ilə kimi “Azərhidrometeotikinti-təmir” TTB-nin Sabirabad rayonu TTDS-nin rəisi, baş mühəndisi vəzifəsində işləyib.
20 Oktyabr 1995-ci ildən 01 Aprel 2009-cu ilə kimi əli Bayramlı şəhər icra Hakimiyyətinin Təsərrüfat hesablı Memarlıq və Tikinti şöbəsində böyük mühəndis vəzifəsində işləyib.
01 Aprel 2009-cu ildən 01 Avqust 2012-ci ilə kimi şirvan şəhər icra Hakimiyyəti Sosial-iqtisadi məsələlər üzrə şöbənin istehsal və xidmət sahələri bölməsində böyük məsləhətçi vəzifəsində, 01 Avqust 2012-ci ildən 17 Mart 2014-cü ilə kimi şirvan şəhər icra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsində baş məsləhətçi, baş memar əvəzi vəzifələrində işləyib.
02 Fevral 2015-ci il tarixindən şirvan Bələdiyyəsinin sədri vəzifəsində çalışır.
Ailəlidir, 3 övladı var.
2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
III dərəcəli dövlət qulluqçusudur.