"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu gün Litva Bələdiyyələr ittifaqının nümayəndə heyəti Sumqayıtda olub

--2016-11-22 / 18:37

Litva Bələdiyyələr ittifaqının prezidenti, Druskininkay şəhərinin meri  - Ricardas Malinauskas,  Litva Bələdiyyələr ittifaqının vitse prezidenti, Paqeqai əyalətinin meri  - Virginijus Komskis,. Litva Bələdiyyələr ittifaqının müşaviri, Avropa ittifaqındakı təmsilçisi - Lina Sabaitiene,  Akmyane əyalətinin icraçı direktoru  - Aromeda Lauciene, Trakay şəhər bələdiyyəsinin deputatı  - Jelena Jocioniene daxil olduğu nümayəndə heyəti Sumqayıtla tanış olub, Sumqayıt Bələdiyyəsinin sədri Sultan əsədov son bir il ərzində şəhərimizdə həyata keçirilmiş layihələr, görülmüş yenidənqurma və abadlıq işləri barədə qonaqlara məlumat verib.

Litvalı qonaqlar “Azərikimya” istehsalat Birliyində də olublar, Birliyin Müşahidə şurasının sədri, milət vəkili Muxtar Babayev Sumqayıtın kimya-sənaye tarixi və mövcud potensialı barədə məlumat verib. Bildirilib ki, bu gün Sumqayıt müasir sənaye şəhəri kimi yenidən qurulur, burada müasir standartlara cavab verən sənaye klastrı – kimya parkı, yeni sənaye istehsalı müəssisələri yaradılır.

Daha sonra nümayəndə heyəti ilə Sumqayıt Bələdiyyəsində görüş keçirilib, iki ölkənin şəhərləri, bələdiyyələri arasında əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Qeyd edək 21-25 noyabr 2016-cı il tarixlərində davam edəcək səfər çərçivəsində Litva nümayəndə heyətinin Milli Məclisin Regional Məsələlər Komitəsində, habelə Sumqayıt, Gəncə, Qazax, həmçinin Bakının Səbail və Binəqədi bələdiyyələrində görüşləri nəzərdə tutulub.

Xatırladaq ki,  Litva Bələdiyyələr ittifaqıyla Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Assosiasiyası arasında sıx əlaqələr qurulub. Bundan əvvəl Azərbaycan bələdiyyələri sentyabr ayında Litvada səfərdə olmuşdular. Sumqayıt Bələdiyyəsinin sədri S.əsədov da həmin səfərdə iştirak edib. 

http://sumqayit-bl.gov.az/index.php?id=505

ŞƏRHLƏR