"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu gün Mərdəkan qəsəbəsində bələdiyyə parkının əsaslı təmirdən sonra açılışı keçirilib

--2021-09-27 / 19:05

Bu gün Xəzər rayonu Mərdəkan qəsəbəsindəki “Bələdiyyə parkı”nın əsaslı təmirdən sonra açılışı keçirilib. Xəzər RiH-in təşəbbüsü və Mərdəkan bələdiyyəsinin dəstəyi ilə parkda yenidənqurma işləri aparılmış, şəhidlərə həsr olunmuş “Bulaq” kompleksi istifadəyə verilmişdir. Parkın işıq sistemi yenilənmiş, ağacların suvarılması üçün yeni su xətti çəkilmiş, oturcaqlar quraşdırılmışdır. Tədbir çərçivəsində parkda yeni “Eldar şamı” ağacları da əkilmiş, mövcud ağaclar budanmış, parkda səliqə-səhman yaradılmışdır.

Tədbirdə Xəzər Rayon icra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər,  din xadimləri, Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov, bələdiyyə üzvləri və quluqçuları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbirdə 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

Açılış mərasimində çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Daha sonra Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilmişdir.

Qeyd edək ki, istifadəyə verilən park Mərdəkan bələdiyyəsi 2002-ci ildə 1918-ci ildə “erməni terrorizminin” qurbanı olmuş altı nəfər sayılan-seçilən qəsəbə sakinin şərəfinə salınmışdır.

Belediyye.info

ŞƏRHLƏR