iyunun 21-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıtdakı orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər əliyev adına Hərbi Lisey və C. Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.
TQDK-dan bildiriblər ki, iyunun 21-də ümumilikdə 47 min 260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26 min 72, XI sinif üzrə 21 min 188 şagird).
IX sinif şagirdləri üçün imtahan saat 10.00-da başlanıb. XI sinif şagirdləri üçün isə imtahan saat 15.00-da başlanacaq.
imtahanlara nəzarətçi-müəllimlər nəzarət edirlər.
http://azertag.az/xeber/Bu_gun_novbeti_buraxilis_imtahanlari_kechirilir-963289