Hesabat ili Sumqayıt şəhərinin tarixində böyük uğurlarla yadda qalan illərdən biri olacaqdır. Sumqayıtın həm sosial, həm də iqtisadiyyat sahələrində yeni zirvələr fəth edilmiş, şəhərin sənaye potensialı müasir müəssisələrlə zənginləşdirilmişdir. Sumqayıt şəhərinin ildən – ilə inkişaf edən sosial infrastrukturu insanların yaşayış səviyyəsini yüksək standartlara çatdırmışdır.
2017-ci ilin dekabr ayının 15-də Sumqayıt şəhərinə 18-ci dəfə səfər etmiş Azərbaycan Respublikasının Prezidenti ilham əliyev şəhərin Kimya Sənaye Parkında çıxış edərək qeyd etmişdir ki, “... Sumqayıtın ümumi inkişafı məni çox sevindirir”. Ölkə rəhbəri bir daha vurğulamışdır ki, “... Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir”.
Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun müəllifi olduğu Sumqayıt şəhərinin yeni urbanistika siyasətinə arxalanaraq ötən ildə şəhərin sosial və iqtisadiyyat sahələrində çox sayda iri həcmli layihələr həyata keçirilmişdir.
Hesabat dövründə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün yeni binanın, “Sumqayıt bulvar”ı ərazisində Bayraq Muzeyinin, 500 metr uzunluğunda gəmi tərsanəsinin, Milli Bankın Ehtiyat Fondunun inzibati binasının tikintisi və “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmiri başa çatdırılmışdır.
şəhər Məhkəmə Kompleksinin və şəhər Prokurorluğunun inzibati binalarının tikintisi davam etdirilir. Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin görülməsi istiqamətində köklü tədbirlər həyata keçirilir.
Novxanı-Sumqayıt yolunun əsaslı təmiri ilə əlaqədar “Bağlar” zonasında yolun genişləndirilən hissəsində hasarların, piyada yolların təmiri işləri başa çatdırılmışdır. Bağlar zonasında, “Qurd dərəsi” yaşayış massivində Sumqayıt Bələdiyyəsinin köməyi ilə 2,5 km uzunluğunda yol hər iki tərəfə genişləndirilərək eni 8 metrə çatdırılmış və asfalt örtüyü təmir edilmişdir.
Koroğlu küçəsinin asfalt örtüyünün əsaslı təmiri başa çatdırılmış, 4 km uzunluğunda məsafəyə 140 min kv.m yeni asfalt örtüyü salınmış, küçənin abadlaşdırlması işləri yekunlaşdırılır. Səməd Vurgun küçəsinin 9 km uzunluğunda asfalt örtüyü əsaslı təmir olunur, küçə yenidən qurulur. 120 min kv.m sahəyə asfalt döşənəcəkdir.
Hesabat dövründə Heydər əliyev, Üzeyr Hacıbəyov, Zülfü Hacıyev, Niyazi, ismət Qayıbov, Babək, Bakı, Kamran Hüseynov, R.Qəhrəmanov, Nizami, Azərbaycan, C.Məmmədquluzadə, Mehmandarov və 20 Yanvar küçələrində, 14 məktəb, 12 uşaq bağçasının həyətyanı ərazisində asfalt örtüyünün cari təmir işləri aparılmış, ümumilikdə 550 min kv.m asfalt örtüyü dəyişdirilmiş, 7300 p/m qranit, 4 min p/m beton bordur qoyulmuşdur.
Sumqayıtın yenidən qurulmasında Dənizkənarı bulvarın salınması və inkişaf etdirilməsi xüsusi rol oynayır. 2017-ci ilin dekabr ayının 15-də Sumqayıt şəhərinə səfəri zamanı ölkə rəhbəri ilham əliyev qeyd etmişdir ki, “... Sumqayıt bulvarı isə, - mən bunu bulvarın açılışında da demişəm, - bir möcüzədir”. Memarlıq dilində desək, artıq bu gün tikililərinin və qurğularının konturları formalaşan dənizkənarı bulvar şəhərin sahil hissəsini tamamlayaraq Sumqayıtın tərkib hissəsinə çevrilmişdir. Qeyd olunmuş və şəhərin müasirləşdirilməsində digər icra olunmuş və olunan layihələr sumqayıtlılara və onun qonaqlarına yüksək şəhərsalma standartlarına cavab verən şəhəri bəxş edəcəkdir.
Sumqayıtın yeni inkişaf strategiyası çərçivəsində 2017-ci ildə şəhərin yerli özünüidarəetmə orqanının qarşısında duran vəzifələr və bələdiyyənin hesabat dövründə fəaliyyəti ötən ilin yanvar ayının 25-də Sumqayıtın Tarixi Muzeyində keçirilmiş bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncağında müzakirə edilmişdir. Toplantı iştirakçılarının qarşısında hesabatla çıxış etmiş bələdiyyə sədri Sultan əsədov 2016-cı il ərzində bələdiyyənin fəaliyyətini ətraflı təhlil edərək şəhərin yerli özünüidarəetmə orqanında 2015-ci ildə yaranmış böhran vəziyyətdən çıxmaq məqsədi ilə bələdiyyənin işində tətbiq edilmiş yeni iş üslubları və tədbirlər haqqında məlumat vermişdir. işgüzar və konstruktiv şəraitdə keçmiş yığıncaqda bələdiyyənin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar müzakirə edilmiş, şəhərin ictimai-siyasi və sosial-iqtisadi həyatında Sumqayıtın yerli özünüidarəetmə orqanının rolunun artırılması, bələdiyyə fəaliyyətinin yeni müstəvidə qurulması, Sumqayıtda 2015-ci ilin sentyabr ayından şəhərin inkişafı ilə bağlı həyata keçirilən yeni konsepsiyaya cavab verən layihələrin müəyyən edilməsi və icrasına dair önəmli tövsiyələr verilmişdir.
Sumqayıt Bələdiyyəsinin fəaliyyətinin təşkili
***
Hesabat dövründə Sumqayıt Bələdiyyəsinin 19 iclasında 681 məsələ müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Bələdiyyənin və onun daimi komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, yerli büdcənin təsdiqi və icrası, bələdiyyə mülkiyyətinin idarəedilməsi, bələdiyyə məhəllə komitələrinin fəaliyyətinə metodiki yardımın və dəstəyin göstərilməsi, şəhərin ictimai və qeyri - hökumət təşkilatları, bələdiyyə məhəllə komitələrinin üzvləri və sakinlərinin sosial müdafiəsi, dövlət bayramları və tədbirləri, şəhərin sosial sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, bağlar zonasında yolların genişləndirilməsi və təmiri, bayram, təhsil, səhiyyə, idman tədbirlərin təşkili, ekologiya sahəsində layihələrin icrası, qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilən layihələrin durumu kimi məsələləri əhatə etmişlər. Bələdiyyə iclaslarında qəbul edilmiş qərarların icrası bələdiyyə rəhbərliyinin yanında keçirilmiş həftəlik 50 müşavirədə daim təhlil edilmiş, nəzarətdə saxlanılmışdır.
2017-ci ildə Sumqayıt Bələdiyyəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin 2017-ci ildə maarifləndirmə sahəsində əməkdaşlığına dair tədbirlər planı əsasında bələdiyyənin məhəllə komitələrində yerli əhali ilə “Yanğın və qaz təhlükəsizliyinin təmin edilməsi” mövzusunda 7 təlim keçirilmişdir. Görüşlər Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı məhəllə komitəsinin icma Mərkəzində, Sumqayıt Bələdiyyəsinin konfrans zalında, Qubadlı rayon Çardaxlı tam orta məktəbinin binasında, “Xəzri” 1 və 2 saylı məhəllə komitələrinin, 20-ci mikrorayon üzrə 1 saylı, 21-ci mikrorayon üzrə 1 və 2 saylı məhəllə komitələrinin, 9-cu mikrorayon üzrə məhəllə komitələrinin ərazilərində və Sumqayıt şəhərinin Tarixi Muzeyində keçirilmişdir. Tədbirlərdə məhəllə komitələrinin 300 nəfər üzvü və nümayəndələri iştirak etmişdir.
2017-ci ilin aprel ayının 25-də Bakı şəhərində keçirilmiş Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının illik yığıncağında bələdiyyənin sədri Sultan əsədov iştirak etmişdir.
Ötən ilin dekabr ayının 7-8-i Sumqayıt Bələdiyyəsinin sədri Sultan əsədov “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda Qəbələ şəhərində təşkil edilmiş respublika konfrasında iştirak etmişdir.
Fiziki və hüquqi şəxslərin müraciətlərinə və xidməti məktublarına baxılması işinin təşkili
***
Hesabat dövründə Sumqayıt Bələdiyyəsinə 1367 xidməti məktub və 2504 ərizə daxil olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 122 məktub və 75 ərizə çox deməkdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 2864 nəfər vətəndaş olmuşdur. 2016-cı ilə nisbətən qəbula gəlmiş vətəndaşların sayı 364 nəfər çox olmuşdur. Sumqayıt Bələdiyyəsinə daxil olmuş ərizə və müraciətlərin baxılması qanunla müəyyən edimiş müddət ərzində təmin edilmişdir.
Sumqayıt Bələdiyyəsinin məhkəmə müdafiəsi
***
Hesabat ilində məhkəmə orqanlarında hüquqi və fiziki şəxslərin ərizələrinin baxılması sahəsində bələdiyyənin əməkdaşları 139 mülki və inzibati iş üzrə 546 məhkəmə iclasında iştirak etmişlər. Hesabat dövrü ərzində bələdiyyə tərəfindən torpaq sahələri üzərində hüquqlara xitam verilməsi, zəbt olunmuş torpaq sahələrinin boşaldılması və qanunsuz tikililərin sökülməsi barədə məhkəmələrdə 16 iddia və qarşılıqlı iddia tələbləri irəli sürülmüş, onlardan 8-i təmin, 2-si rədd edilmiş, digərləri isə baxılmaqdadır.
Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin icrası
***
Hesabat ilində yerli büdcənin gəlirləri 1542332 (bir milyon beş yüz qırx iki min üç yüz otuz iki) manat, o cümlədən 270000 (iki yüz yetmiş min) manat dotasiya təşkil etmiş, proqnoz tapşırıq 112,2 faiz səviyyəsində icra olunmuşdur. Yerli büdcənin gəlirlərində bələdiyyə əmlakının özəlləşdirilməsi üzrə ödənişlər 604679 (altı yüz dörd min altı yüz yetmiş doqquz) manat və ya 39,2 faiz, bələdiyyə əmlakının icarəyə verilməsi üzrə ödənişlər 335062 (üç yüz otuz beş min altmış iki) manat və ya 21,7 faiz, fiziki şəxslərdən torpaq vergisi üzrə gəlirlər 89024 (səksən doqquz min iyirmi dörd) manat və ya 5,8 faiz olmuşdur.
Hesabat dövründə yerli büdcənin xərcləri 1537179 (bir milyon beş yüz otuz yeddi min yüz yetmiş doqquz) manat təşkil etmişdir ki, bu da proqnoz tapşırığının 111,8 faizi deməkdir. Yerli büdcənin vəsaiti əsasən bələdiyyə mülkiyyəti, mənzil-kommunal təsərrüfatı, sosial müdafiə və sosial təminat sahələrində həyata keçirilmiş layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Belə ki, il ərzində “Mənzil-kommunal təsərrüfatı xərcləri” xərc maddəsi üzrə yerli büdcədən 49338 (qırx doqquz min üç yüz otuz səkkiz) manat məbləğində və ya 99,3 faiz səviyyəsində, “Nəqliyyat və rabitə xərcləri” xərc maddəsi üzrə isə 833094 (səkkiz yüz otuz üç min doxsan dörd) manat miqdarında və ya proqnoz tapşırığının 125 faiz səviyyəsində vəsait ayrılmışdır. Hesabat dövründə yerli özünüidarəetmə orqanının saxlanılması xərcləri 493030 (dörd yüz doxsan üç min otuz) manat təşkill etmişdir ki, bu da ümumi xərclərin 32,1 faizi deməkdir.
Sumqayıt Bələdiyyəsinin 2017-ci ilə yerli sosial müdafiə proqramı əsasında il ərzində əhalinin müxtəlif təbəqələri üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, yanvar ayının 1-5-i Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə Qarabağ Müharibəsi əlilləri, Veteranları və şəhid Ailələri ictimai Birliyi, Azərbaycan Çernobıl əlilləri ittifaqı ictimai Birliyinin Sumqayıt şəhər filialı, Azərbaycan Gözdən əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Azərbaycan əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Ana Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbələri üzvlərinin, bir sıra aztəminatlı ailələrinin, və bələdiyyə icra aparatının əməkdaşlarının 300 (üç yüz) uşağı üçün bayram şənliyi təşkil edilmişdir. Tədbirlərin təşkili üçün yerli büdcədən 13100 (on üç min yüz) manat vəsait ayrılmışdır.
20 yanvar – Ümumxalq Hüzn günü ilə bağlı bələdiyyə rəhbərliyi, üzvləri,icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 20 yanvar abidəsinin önünə əklillər qoymuş, “şəhidlər Xiyabanı” kompleksini ziyarət etmişlər
8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə qadın bələdiyyə üzvlərinnin və icra aparatında işləyən qadınların mükafatlandırılması təşkil olunmuş, bu məqsədlə bələdiyyə büdcəsindən 1800 (bir min səkkiz yüz) manat məbləğində vəsait ayrılmışdır.
Mart ayının 31-də bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları bələdiyyə və məhəllə komitələrinin nümayəndələri Azərbaycan xalqının soyqırımı günü ilə əlaqədar şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.
2017-ci ilin may ayının 9-u Faşizm üzərində qələbənin 72-ci ildönümünün qeyd edilməsi münasibəti ilə bələdiyyə rəhbərliyi, üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri 1941-1945-ci illər Böyük Vətən Müharibəsinə həsr olunmuş monumenti ziyarət etmişlər. May ayının 8-i Sumqayıt Bələdiyyəsinin konfrans zalında bələdiyyə üzvlərinin və aparatın əməkdaşlarının iştirakı ilə Böyük Vətən Müharibəsinin veteranları üçün təntənəli yığıncaq təşkil edilmişdir. Bu məqsədlə bələdiyyə büdcəsindən 600 (altı yüz) manat məbləğində vəsait ayrılmışdır.
Ulu öndərimiz Heydər əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və məhəllə komitələrinin nümayəndələri Heydər əliyevin abidəsini ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar. Tədbirin keçirilməsinə bələdiyyə büdcəsindən 100 (bir yüz) manat məbləğində vəsait ayrılmışdır.
2017-ci ilin may ayının 28-də Respublika günü münasibəti ilə Sumqayıt Bələdiyyəsinin rəhbərliyi, üzvləri, aparatın əməkdaşları və bələdiyyənin məhəllə komitələrinin nümayəndələri Ümummilli lider Heydər əliyevin abidəsini ziyarət etmiş və onun önünə gül dəstələri düzmüşlər.
2017-ci ilin 22 iyul tarixdə Sumqayıt Bələdiyyəsində Azərbaycan mətbuatının yaranmasının 142 illiyi münasibəti ilə tədbirlər keçirilmiş, onların təşkilinə bələdiyyə büdcəsindən 1000 (bir min) manat məbləğində vəsait ayrılmışdır.
2017-ci ilin 01 sentyabr tarixdə Qurban bayramı münasibəti ilə Sumqayıt Bələdiyyəsinin ərazisində fəaliyət göstərən ictimai təşkilatların və aztəminatlı ailələrin bir qrupuna bayram sovqatları verilmişdir. Bayram tədbirlərinin təşkili məqsədi ilə bələdiyyə büdcəsindən 4000 (dörd min) manat məbləğində vəsait ayrılmışdır.
Hesabat dövrünün noyabr ayının 8-də Sumqayıt Bələdiyyəsinin üzvləri, icra aparatının əməkdaşları və məhəllə komitələrinin nümayəndələri Dövlət Bayrağı bayramı münasibəti ilə şəhərdə təşkil olunmuş tədbirlərdə iştirak etmişlər.
Ötən il ərzində 61 şəhər sakininə müxtəlif məbləğdə ümumi dəyəri 16570 (on altı min beş yüz yetmiş) manat təşkil edən maddi yardım göstərilmişdir ki, bu da 2016-cı ilə nisbətən 41,7 faiz az deməkdir. Ötən ildə dəfn mərasimlərinin təşkili məqsədi ilə 8 nəfərə 1300 (bir min üç yüz) manat məbləğində vəsait ayrılmışdır.
Hesabat ilində Sumqayıt Bələdiyyəsinin 2017-ci ilə yerli sosial inkişaf proqramına müvafiq olaraq bələdiyyənin sifarişləri əsasında bələdiyyə ərazisində 18 layihə həyata keçirilmişdir ki, bu da əvvəlki ilə nisbətən 2 dəfə çox deməkdir.
il ərzində yerli əhəmiyyətli yolların saxlanılması sahəsində 13 layihə həyata keçirilmişdir. Layihələrin reallaşdırılması üçün yerli büdcədən 680702 (altı yüz səksən min yeddi yüz iki) manat məbləğində vəsait ayrılmışdır. Belə ki, bağlar zonasında 17 və 18 saylı avtobus marşurutları üzrə müvafiq olaraq 2000 kv.metr və 21100 kv.metr ölçüdə asfalt işləri görülmüş, onların dəyəri 33008 və 144270 manat təşkil etmişdir. Bununla yanaşı 27 saylı avtobus marşurutu üzrə yolun 12145 kv.metr sahəsi əsaslı təmir edilmişdir. Bu məqsəd ilə yerli büdcədən 40078 manat məbləğində vəsait ayrılmışdır. şəhərin 20-ci mikrorayonun 2 – 6-cı keçid yollarının 7602 kv.metr sahəsində asfalt örtüyü qoyulmuşdur. Layihənin icrası üçün yerli büdcədən 70799 manat məbləğində vəsait ayrılmışdır.Yeni yaşayış massivində daxili yolların 2600 kv.metr ölçüdə örtüyü əsaslı təmir edilmişdir.işlərin dəyəri 15000 manat təşkil etmişdir. il ərzində şəhərin 2 və 3-cü məhəllələrinin ərazilərində daxili yolların asfalt örtükləri təmir edilmişdir. Lyihələrin dəyəri 94400 manat təşkil etmişdir.
şəhərin 21-ci mikrorayonun ərazisində ölçüsü 4870 kv.metr təşkil edən avtomobil yolunun əsası təmir edilmişdir. Layihənin dəyəri 16071 manat təşkil etmişdir.
20-ci mikrorayonun ərazisində yolların 4550 kv.metr ölçüdə olan sahələri təmir olunmuş, bu məqsədlə yerli büdcədən 15000 manat məbləğində vəsait ayrılmışdır. Həmin mikrorayonun ərazisinin yollarında qoyulmuş asfalt örtüyünün dəyəri 59000 manat təşkil etmişdir. Bununla yanaşı 20”a” saylı avtobus marşrutu üzrə yolun 3100 kv.metr ölçüdə olan əsası təmir edilmiş, işlərin maliyyələşdirilməsi üçün yerli büdcədən 15025 manat məbləğində vəsait ayrılmışdır.
il ərzində bələdiyyənin abadlıq işlərinin Proqramı çərçivəsində Musiqi Məktəbinin həyətində dəyəri 11628 manat olan 1100 kv.metr ölçüdə asfalt örtüyü qoyulmuşdur.
Hesabat dövründə bələdiyyənin sifarişləri əsasında Sumqayıt Bulvarında inşa edilmiş Dövlət Bayrağı Muzeyinin, Sumqayıt Dövlət Dram teatrının ətrafında 1934 kv.metr sahədə asfalt örtüyü yenidən qolyulmuş, təmir işlərinin dəyəri 11628 manat təşkil etmişdir.
Bələdiyyənin abadlaşdırma Proqramına müvafiq olaraq Sumqayıtın Cümə Məscidinin ətrafında və şəhər qəbristanlığına gedən yolda 6900 kv.metr ölçüdə asfalt örtüyü qoyulmuş, bu layihələrin icrası məqsədi ilə yerli büdcədən 59091 manat məbləğində vəsait ayrılmışdır.
Il ərzində “Bələdiyyə parkı”nda dəyəri 12160 manat təşkil edən abadlaşdırma işləri həyata keçirilmişdir.
Sumqayıt Bələdiyyəsinin 2017-ci ilə yerli ekoloji proqramının tədbirlərinə əsasən Sumqayıt Bələdiyyəsinin qəraralarına müvafiq olaraq hesabat dövründə bir neçə layihələr həyata keçirilmişdir. “Bələdiyyə parkı”nda əkilmiş 19 min kv.metr qazona daimi xidmət göstərilmişdir. il ərzində parkın ərazisində 2000 manat məbləğində ağac əkilmişdir. Bələdiyyə parkının ərazisində bələdiyyə əməkdaşlarının iştirakı ilə 4 iməcilik təşkil edilmişdir.
il ərzində Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri tərəfindən bələdiyyə ərazisində yaşıllaşdırma , yaşıllığın qorunması, təmizlik işlərinin aparılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilmişdir. ilkin məlumata əasasan 2017-ci ildə bələdiyyənin mıəhəllə komitələri tərəfindən dəyəri 11873 manat olan 31 layihə həyata keçirilmişdir.Məhəllə komitələrinin ərazilərində 4629 ədad ağac əkilmişdir.
2017-ci il ərzində Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri əhalini narahat edən məsələlərlə bağlı müvafiq ərazilərdə ilkin məlumata görə dəyəri 479714 manat təşkil edən 188 layihə həyata keçirmişlər. “Xəzər” 2 saylı məhəllə komitəsinin ərazisində 500 kv.metr sahədə abadlaşdırma işləri aparılmış, onların maliyyələşdirilməsi üçün məhəllə komitəsi tərəfindən 5000 manat məbləğində vəsait ödənilmişdir. “Xəzər” 1 saylı məhəllə komitəsinin ərazisində 11950 kv.metr ölçüdə məhəllədaxili yollar təmir edilmişdir. Layihənin dəyəri 104290 manat təşkil etmişdir. Yeni yaşayış massivi 8-ci məhəllə üzrə 1 saylı məhəllə komitəsinin ərazisində dəyəri 60000 manat təşkil edən yeni transformator quraşdırılmışdır. Sumqayıt Stansiyası üzrə 1 saylı məhəllə komitəsinin ərazisində 5000 kv.metr ölçüdə yollar təmir edilmişdir. işlərin maliyyələşdirilməsi üçün 30000 manat məbləğində vəsait ayrılmışdır.
Sumqayıt Bələdiyyəsinin xarici əlaqələr sahəsində коnsеpsiyаsınа müvаfiq оlаrаq 2000 – 2017-ci illərdə Sumqayıt Bələdiyyəsi хаrici ölкələrin bir nеçə şəhərləri ilə dоstluq əlаqələri yаrаtmışdır.
Hazırda Sumqayıt Bələdiyyəsinin partnyorlarının sıralarına Türkiyə Respublikası istanbul şəhərinin Eminönü, Fatih (30 dekabr 2002), Çin Xalq Respublikasının Cəncin şəhərinin (19 avqust 2003), şimali Kipr Türk Respublikasının Tatlısu (16 iyul 2005), Türkiyə Respublikası Ankara şəhərinin Keçiörən (20 yanvar 2011) və Samsun Böyükşəhər (10 aprel 2012) bələdiyyələri daxildir.
Belə ki, ötən ilin fevral ayının 8-də Sumqayıt şəhərində səfərdə olmuş Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab və onun rəhbərlik etdiyi nümayəndə heyəti şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən qəbul olunmuşdur. Eyni zamanda qonaqları Sumqayıt Bələdiyyəsinin sədri Sultan əsədov da qəbul etmişdir. Qəbulda bir sıra bələdiyyə üzvləri iştirak etmişlər.
Hesabat dövrü, may ayının 3-dən 6-dək Sumqayıt və Almaniya Federativ Respublikasının Ludviqshafen şəhərlərarası dostluq əlaqələrinin 40 illiyi münasibəti ilə şəhərimizdə təşkil edilmiş yubiley tədbirləri çərçivəsində Sumqayıt Bələdiyyəsi tərəfindən yadda qalan bayram şənlikıəri təşkil edilmişdir. Tədbirlərin maliyyələşdirilməsi üçün yerli büdcədən 45800 (qırx beş min səkkiz yüz) manat məbləğində vəsait ayrılmışdır.
Sumqayıt Bələdiyyəsinin sədri Sultan əsədovun rəhbərliyi altında 10 nəfərdən ibarət nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinin Keçiörən qardaşlaşmış bələdiyyə rəhbərliyinin dəvəti əsasında ötən ilin may ayının 31-dən iyun ayının 3-dək Ankara şəhərində təşkil edilmiş “Beynəlxalq Ramazan festivalı”nda iştirak etmişdir. Festivalın proqramı çərçivəsində təşkil edilmiş “Azərbaycan gecəsi”ndə Sumqayıt şəhərinin nümayəndə heyəti bayram tədbirində konsert proqramı ilə çıxış etmişdir.
Sumqayıt Bələdiyyəsinin “Çin Xalq Respublikası Çunçin şəhər nümayəndə heyətinin Sumqayıt şəhərinə səfəri haqqında” 2017-ci il 30 avqust tarixli qərarına və səfərin protokol proqramına müvafiq olaraq ötən ilin sentyabr ayının 04-dən 06-dək 5 nəfərdən ibarət Çunçin şəhər nümayəndə heyətinin Sumqayıt şəhərinə səfəri təşkil edilmişdir. Nümayəndə heyətinə rəhbərliyi Gənclər ictimai Təhsil Assosiasiyasının Baş Katibi Zen Cian etmişdir.
Səfərin protokol proqramına əsasən sentyabr ayının 04-ü nümayəndə heyəti üçün Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində ekskursiyalar təşkil edilmişdir. Sentyabr ayının 05-də nümayəndə heyətinin üzvləri Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov tərəfindən qəbul edilmişlər. işgüzar və konstruktiv şəraitdə keçmiş görüşdə Çin və Azərbaycan xalqlararası dostluğun inkişafı, şəhərlərimiz arası dostluq əlaqələrinin möhkəmləndirilməsini təmin edən tədbirlərin müəyyən edilməsi, iqtisadiyyat sahəsində yeni və səmərəli əməkdaşlıq üsullarının seçilməsi, Sumqayıtın sənaye zonasında Çin kompaniyaları tərəfindən sərmayənin qoyulması, şəhərimizdə Çin sənaye parkının yaradılması, tullantıların idarə edilməsində Çin təcrübəsindən istifadə edilməsi, dövlətlərarası turizmin gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər haqqında dərin müzakirələr getmişdir.
Günün ikinci yarısında çinli qonaqlar “Heydər parkı ”ilə tanış olmuş, Hedər əliyevin abidəsinin önünə gül qoymuşlar. Sonra qonaqlar üçün Heydər əliyev Mərkəzinin binasında ekskursiya təşkil edilmişdir. şəhərimizin qonaqları üçün şahmat Məktəbi və Uşaq incəsənət Məktəbində maraqlı görüşlər təşkil edilmişdir.
Çindən gələn nümayəndə heyəti “şəhidlər Xiyabanı” kompleksini və Xocalı soyqırımına həsr edilmiş monumenti böyük hörmətlə ziyarət etmiş, abidələrin önünə gül qoymuşlar.Sonda qonaqlar üçün Sumqayıt Bulvarında gəzinti təşkil edilmişdir.
Səfərin sonuncu günü sentyabr ayının 6-sı Çunçin şəhər nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olmuşlar. Parkın rəhbərliyi tərəfindən təşkil edilmiş təqdimatda çinli qonaqlarımıza yeni sənaye kompleksi haqqında dərin və ətraflı məlumat verilmiş, parkın ərazisində ekskursiya təşkil olunmuşdur. Görüşə böyük maraq göstərmiş çinli qonaqlar parkda fəaliyyət göstərən firmaların fəaliyyəti ilə tanış olmuş, təqdimat zamanı yaranmaqda olan şəhərimizin yeni iqtisadi məkanı ilə əməkdaşlıq formalarının müəyyən edilməsini müzakirə etmişlər.
Səfərin təşkili üçün yerli büdcədən 2525 (iki min beş yüz iyirmi beş) manat vəsait ayrılmışdır.
Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının əməliyyat planına müvafiq olaraq 2017-ci ilin sentyabr ayının 12-dən 20-dək Almaniyanın Reqen şəhərində “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edən partnyor şəhərlər şəbəkəsinin işçi görüşü keçirilmişdir.Görüşdə Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin Proqram direktoru Karsten Possenin dəvəti əsasında layihənin tərəfdaşı, Sumqayıt Bələdiyyəsinin yerli büdcə məsələləri daimi komissiyasının sədri Akif Kərimov iştirak etmişdir. Sumqayıt şəhərinin partnyoru olan Ludviqshafen şəhərindən görüşdə partnyor əlaqələri üzrə referent Marsel Yurkat və şöbə müdiri Uve Fröylix iştirak etmişlər.
Görüşün mövzusuna müvafiq olaraq Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin və Almaniya-Qafqaz partnyor şəhərlərinin nümayəndələri “Cənubi Qafqazda yerli özünüidarəetmə” Proqramının layihələrinin icrasının durumunu və yeni layihələrə dair şəhərlərin təkliflərini müzakirə etmişlər.
2017-ci ilin sentyabr ayının 14-dən 16-dək Gürcüstan Respublikası Rustavi şəhər Bələdiyyəsinin dəvəti əsasında o zaman şəhər icra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışan Faiq Kərimov və Sumqayıt Bələdiyyəsinin sədri Sultan əsədov Rustavi şəhərində keçirilmiş “şəhər Günü” bayram tədbirlərində iştirak etmişlər. Səfər zamanı Rustavi və Sumqayıt şəhərlərarası dostluq əlaqələrinin yaradılmasına dair müqavilə imzalanmışdır.
Ötən ilin dekabr ayının 10-14 Ludviqshafen partnyor şəhərində onun meri Dr. Eva Lozenin təqaüdə çıxması ilə əlaqədar təşkil olunmuş tədbirlərdə şəhər icra Hakimiyyəti başçısının müavini Akif Quluyev və Sumqayıt Bələdiyyəsinin yerli büdcə məsələləri daimi komissiyasının sədri Akif Kərimov iştirak etmişlər.
Sumqayıt Bələdiyyəsinin nümayəndələri Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi, Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiassiyası və digər təşkilatlar tərəfindən təşkil olunmuş konfrans, konqres və seminarlarda iştirak etmişlər.
Sumqayıt bələdiyəsinin mülkiyyətinin istifadəsi
2017-ci ildə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 11.005 hektar torpaq sahəsi istifadə olunmuşdur. Torpaq sahələrinin 3,381 hektarı sahibkarlıq fəliyyəti ilə məşğul olmaq üçün icarəyə verilmişdir. Torpaq sahələrinin digər hissəsi – 7,624 hektarı, o cümlədən 2,681 ha sahibkarların, 4,944 hektarı isə fərdi yaşayış evlərin tikintisi və bağ sahəsi kimi fiziki şəxslərin mülkiyyətinə verilmişdir.
Sumqayıt Bələdiyyəsi yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi sahəsində ötən il ərzində “Mənzil fondunun idarə edilməsi”, “Strateji planlaşdırma”, “Kiçik və orta sahibkarlara dəstək” layihələri üzrə araşdırmalar aparmış, müvafiq tövsiyələr hazırlamışdır.
Hesabat dövründə Sumqayıt Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirtdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmiş, müxtəlif telekanalların vasitəsi ilə yayımlanmışdır. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələrinin, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabatları, bələdiyyənin həyata keçirdiyi layihələr barədə məlumatların işıqlandırılmasında bələdiyyənin elektron səhifəsinin, məlumat lövhələrinin resurslarından da geniş istifadə edilmişdir.
Son olaraq qeyd edim ki, bu gün Sumqayıt bələdiyyəsinin fəaliyyəti təcrübəsi yayılacaq səviyyədədir
Soltan əsədov
Sumqayıt bələdiyyəsinin sədri