"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu günə qədər neçə bələdiyyənin xəritəsi təqdim edilib?

--2017-02-20 / 19:08

“2017-ci ildə Naftalan, Mingəçevir, şirvan şəhərlərində və 14 rayonda torpaqların elektron kadastr uçotuna alınması və uçot məlumatları əsasında 280-dən artıq bələdiyyələrin xəritələrinin hazırlanması planlaşdırılır.”- bu sözləri əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev fevralın 18-də Ağdaş rayonunda keçirilən regional işgüzar forumda deyib.

Xidmət rəisi vurğulayıb ki, ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinə başlanılıb. Bakı, Gəncə, Sumqayıt şəhərlərində, habelə respublikanın 12 rayonunda isə bu işlər artıq tamamlanıb.

Qeyd edib ki, bu tədbirlər Prezident cənab ilham əliyevin ölkədə torpaqların elektron kadastrı uçotu sisteminin yaradılması ilə bağlı verilmiş tapşırıqlarına və Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na əsasən həyata keçirilir.

Belediyye.info

ŞƏRHLƏR