"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"Bu imkan verəcək ki, internet medianın da dövlət yardımından bəhrələnməsinə nail olaq"

--2018-10-01 / 15:59

"Bu imkan verəcək ki, internet medianın da dövlət yardımından bəhrələnməsinə nail olaq"
Bunu Mətbuat şurasının sədri, deputat əflatun Amaşov parlamentin iclasında deyib.
ə. Amaşov bildirib ki, internet medianın hüququ əsasları qanunla tənzimlənməlidir. Onun sözlərinə görə, bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər.

Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu xatıladan ə. Amaşov qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır.

ə. Amaşovun çıxışının tam mətnini təqdim edirik:

"Mən də payız sessiyasının başlanması münasibəti ilə hamını təbrik edirəm. işlər planı kifayət qədər zəngindir. Düşünürəm ki, burada hər məsələ olduqca önəmlidir. Mən də bir neçə təklif səsləndirmək istərdim.

1. 2016-cı ildən ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisi tətbiq edilir. Bu zaman Nazirlər Kabinetinin 2015-ci ildə ləğv olunmuş 11 saylı qərarına istinad olunur. iş burasındadır ki, vaxtilə həmin qərara əsasən də ölkəyə gətirilən həm qəzet və jurnallar, həm də qəzet kağızı əDV-dən azad idi. Halbuki əvvəldən məsələnin qərara salınması düzgün deyildi. Onsuz da Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələrində idxal olunan KiV məhsullarının əDV-dən azad olduğu vurğulanırdı. Elə ziddiyyət də bundadır. Nə üçün əDV Vergi Məcəlləsi qala-qala Nazirlər Kabinetinin ləğv edilmiş qərarına əsasən tətbiq olunur? Yaxşı olar ki, qanunvericilik planında biz bu məsələyə də diqqət yetirək. istərdim ki, bizim qəbul etdiyimiz qanunları heç bir icra strukturu özünün mənafeyinə uyğun yozub istifadə etməsin.

2. ikinci məsələ onlayn media ilə bağlıdır. internetin cəmiyyətə təsiri danılmazdır. Qanunvericiliyimiz də buna adekvat olaraq inkişaf edir. Ayrı-ayrı qanunlara dəyişiklik nəticəsində internet üzərindən yayımın məsuliyyəti məsələsinə diqqət yetirilib. Faydalı dəyişikliklərdən biri kimi mən “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişiklikləri vurğulamaq istərdim. Ancaq hesab edirəm ki, internet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa daha faydalıdır. Televiziya və radio yayımı haqqında qanun varsa, kabel şəbəkəsi haqqında qanun qəbul etməyi düşünürüksə, demək, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir. Bu, imkan verəcək ki, həm mövcud sahədəki boşluqlar aradan qalxsın, həm də biz internet medianın da dövlət yardımından bəhrələnməsinə nail olacağıq. Məsələ bu günümüz üçün çox vacibdir.

3. Növbəti qeyd etmək istədiyim cəhət informasiya təhlükəsizliyi ilə bağlıdır. əlbəttə müəyyən dövlət sənədlərində bu məsələ əksini tapır. Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası və "Milli təhlükəsizlik haqqında" qanun var. Lakin bu sənədlərdə informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır. Halbuki informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, günümüzün reallığını nəzərə alaraq mövcud istiqamətdə daha fundamental yanaşma vacibdir. Bunun üçün informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın, yaxud da qanunun qəbuluna ehtiyac var".
http://www.moderator.az/news/242080.html

 
ŞƏRHLƏR