“2018-ci il ərzində bələdiyyənin büdcəsinə ümumi 32.000 manat mədaxil olmuşdur”- bu fikirləri Yevlax rayonu Balcılı bələdiyyəsinin sədri Lyüba Zeynalova Belediyye.infoya açıqlamasında bildirib. Sədrin sözlərinə görə, əldə edilən vəsaitin 5.799 manatı fiziki şəxslərdən torpaq vergisindən, 10.389 manatı torpaq icarə haqlarından, həyətyanı alqı-satqıslndan 11.830 manat, 1800 manat isə dövlət büdcəsindən ayrılan dotasiyadan daxil olub.
Bələdiyyə il ərzində əmlak vergisindən 2181 manat əldə edib.
Sədr daha sonra bildirib ki, yığılan vəsait bələdiyyənin müvafiq iclas qərarlarına uyğun olaraq əsasən yerli problemlərin həllinə xərclənib.
Belə ki, 7.823 manatı abadliq işlərinə, 2.250 manatı sosial yardımların verilməsinə, 0 cümlədən 6.489 manat əmək-haqlarının ödənilməsinə xərclənmişdir.
Belediyye.info