"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

"Bu maliyyə istiqamətləri bələdiyyələrə qaytarılsın"

--2015-05-21 / 22:17

“Ötən illər ərzində bələdiyyələrdən  alınmış maliyyə istıqamətlərinin yenidən yerli orqanlara qaytarılamasının vaxtı çatıb.  Avtomobillər üzrə əmlak vergisinin, reklam və avtomobil dayanacağından daxil olan ödənişlərin yenidən bələdiyyə büdcəsinə verilməlidir.”

Qaraşuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun sözlərinə görə, ilk beşillikdə bələdiyyələr məhz bu istiqamətlər üzrə kifayət qədər vəsait toplaya bilirdilər. Müxtəlif səbəblərdən istiqamətin dəyişdirilməsi nəticədə yerli büdcəyə daxilomaları azadlıb.

Sədrin sözlərinə görə, bələdiyyə büdcəsinə vəsaitin  artımı nəticədə sakinlərin qarşılaşdığı porblemlərin  həllinə şərait yaratmış olacaqdır. Həqiqətən bu gün bələdiyyə üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmir. Vəsait olarsa bələdiyyələr həmdə  yerlərdə biznesin inkişafına şərait yaratmış olacaq.   

Belediyye.info

ŞƏRHLƏR