sorğu
Türkiyənin Ali Seçki Komissiyası martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə səsvermə günü nəzərdə tutulan qadağaları açıqlayıb.
AZəRTAC xəbər verir ki, səsvermə başlayandan Ankara vaxtı ilə saat 18.00-dək Türkiyənin bütün ərazisində spirtli içki satışı qadağandır. Bundan başqa seçki günü toylar saat 18.00-dan sonra başlaya bilər. Eyni zamanda, həmin gün təbliğat-təşviqat kampaniyası aparıla bilməz. KiV-lər səsvermənin nəticələri rəsmən elan olunana qədər ancaq seçki prosesinə dair informasiyalar yaya bilərlər.