sorğu
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Beyləqanda əməliyyat keçirməsi barədə xəbər vermişdik.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində iqtisadiyyat Nazirliyi Yanında əmlak Məsələləri Dövlət Xidmətinin şəki, Qazax və Xaçmazda yerləşən ərazi şöbələrində də axtarışlar aparılıb. Həmin idarələrin bir neçə vəzifəli əməkaşı saxlanılıb.
Baş idarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.
Nizam Rza
https://qafqazinfo.az/news/detail/bu-rayonlarda-da-vezifeli-sexsler-saxlanildi-novbeti-emeliyyat-365734