Zakatala rayon Muxax bələdiyyəsi ərazisində ipək qurduna maraq artmaqdadır.
Hazırda Muxax kəndində 15 nəfər kənd sakini 400 qram ipək qurduna xidmət göstərilir.
ipək qurdu gəlirli sahələrdən biridir. 20-25 gün xidmət göstərməklə 800-1000 manat gəlir götürmək mümkündür. Bunu ötən 2016-ci ildə ipək qurduna xidmət göstərən Muxax kənd sakini Ceyhun əliyev bildirib. Bu il də ipək qurduna xidmət göstərdiyini qeyd etdi. Gəlirli sahə olduğunu qeyd etdi.
Bələdiyyə sədr Valeh Abdullayevin verdiyi məlumata görə, kolxoz dövründə Muxax kənd sakinləri 50 ton barama təhvil veriblər. Bu gün də həmin sahəyə vətəndaşlarımızın marağı artmaqdadır. Bələdiyyə ərazisində ipək qurduna baxmaq, onun yemləndirilməsi üçün sahələrdə vətəndaşlarımız tərəfindən tut tinkləri əkilməkdədir. Bu sahəyə olan maraq vətəndaşlarımızın müvəqqəti işlə təmin edilməsi ilə yanaşı onların ailə büdcəsinin artmasına da kömək göstərir. Həqiqətən də son illərdə kənd təsərrüfatına dövlətimizin diqqət və qayğısı sayəsində vətəndaşlarımızın torpağa olan maraqları artmaqdadır.Biz də bələdiyyə olaraq mütəmadi olaraq həmin sahə ilə maraqlanır diqqət və qayğımızı sakinlərimizdən əsirgəmirik.
Zakatala rayon Muxax bələdiyyəsi