"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Büdcə gəlirlərimizi 24 faiz artıra bilmişik

--2018-01-25 / 16:58

Nəsimi bələdiyyəsində Vergi xidməti işinin daha operativ qurulması üçün sosial innovasiyaların tətbiq edilməsi ilə xidmətlərin asanlaşdırılması istiqamətində yeni bir addım atılaraq, nəğdsiz ödənişlərin həyata keçirilməsi üçün  saytın mobil telefon versiyası hazırlanmışdır.

Nağdsız “Online” ödənişlərin həyata keçirilməsi üçün mini printerlərin istifadəsinə başlanılmışdır.

Yeni innovasiyaların tətbiqi ilə əlaqədar olaraq, MilliÖn, EasyPay, Express, Kassam az, AzerPay özünəxidmət terminalları vasitəsilə vergi ödənişlərinin mümkünlüyü təşkil olunmuşdur.

Vergiödəyiciləri ilə birbaşa əlaqələrin qurulması üçün müasir texniki avadanlıqlarla təchiz olunmuş “Çağrı mərkəzi “ yaradılmışdır.  

Tətbiq etdiyimiz bu yeniliklərin nəticəsidir ki, 2017-ci ilin yekunlarına görə vergi daxilolmaları ötən il ilə müqayisədə 434594 manatdan 24% artaraq 538561 manat olmuşdur.  2017-cı il üçün dövlət tərəfindən ayrılmış 60 000 manat dotasiya nəzərə alınmaqla, bələdiyyəyə ümumi daxilolmalar 598561 manat təşkil etmişdir.

2017-ci il  ərzində cəmi 606419  manat xərclənilmişdir. Bu məbləğin  237828 manatı - əmək haqqı xərclərinə, 182392  manatı - təmir və abadlıq işlərinə, 31721 manatı –sosial yardımlara,qalan 154478 manatı isə idarənin saxlanılması, iqtisadi inkişafı üçün texniki vəsaitlərin, avadanlıqların alınmasına və  digər xərclərə sərf olunmuşdur.

 

Nəsimi bələdiyyəsi tərəfindən 2017-ci ildə rayon  ərazisində aparılmış təmir- abadlıq işləri

Nəsimi bələdiyyəsi fəaliyyətinin ilk illərində olduğu kimi,  2017-ci təqvim ilində də rayon ərazisində təmir-abadlıq və quruculuq işlərinin aparılmasına böyük önəm vermişdir.Sakinlərdən bələdiyyəyə daxil olmuş çoxsaylı müraciətlərə və bələdiyyənin öz təşəbbüsü və bələdiyyə iclasının qərarı ilə müxtəlif ünvanlarda təmir-abadlıq işləri görülmüşdür.

Bələdiyyə iclasının qərarı ilə rayonun Cavadxan küçəsi 62,64, 68 və 70 saylı binaların fasadının təmir olunması üçün bələdiyyə büdcəsindən 174.921 manat vəsait ayrılmışdır.Binaların ümumilikdə 11675 m² -lik fasad sahəsi müasir üslubda təmir olunaraq ilin sonunda sakinlərin istifadəsinə verilmişdir.

O cümlədən fiziki qüsurlu və məhdud fiziki imkanlı sakinlərə qayğı hər zaman diqqət mərkəzində olmuşdur. Fevral ayında Cavadxan -12 ünvanında sahəsi 20  m² olan söhbətgah təmir olunmuş,həmin ünvanda yaşayan 1-ci qrup əlil vətəndaşın müraciəti ilə digər əlil sakinlərin də faydalana biləcəkləri 30 kv.m sahəni əhatə edən istirahət bağçası salınmışdır.Bunun üçün büdcədən 1523 manat xərclənmişdir.

Fevral ayında “izmit dostluq parkı “nın salınması ilə əlaqədar qardaş Türkiyə Cumhuriyyətindən göndərilən uşaq əyləncə vasitələrinin,fitnes idman qurğularının və parkda quraşdırılacaq digər qurğuların qəbulu,gömrük xərcləri,daşınması və anbarda saxlanılması xərcləri 13 668 manat təşkil etmişdir.

O cümlədən parkın layihələndirilməsi və memarlıq işlərinə görə isə “Dizayn və Memarlıq” şirkətinin hesabına 3480 manat vəsait köçürülmüşdür.

Beləliklə il ərzində təmir-abadlıq işlərinin görülməsinə 181 674 manat vəsait xərclənmişdir ki,bu da 2016-cı ilin 12 ayı ərzində bu məqsədlə sərf olunan 144515 manat vəsaitdən 37159 manat çox olmuşdur.

31 oktyabr -5 noyabr tarixdə Azərbaycanda “Yerli demokratiya həftəsi” çərçivəsində təbliğat-təşviqat tədbirlərinin keçirilməsi üçün 450 manat vəsait xərclənmişdir.

9 noyabr “Dövlət bayraq günü” münasibəti ilə keçirilən tədbirdə istifadə üçün 450 manat dəyərində bayraqlar alınmışdır.

Dekabrın 12-də Ümummilli lider Heydər əliyevin anım tədbirlərində iştirak üçün Türkiyənin izmit şəhərindən gəlmiş nümayəndə heyətinin qarşılanması, qonaqlama və yolasalma tədbirlərinin keçirilməsi məqsədilə 14657 manat vəsait xərclənmişdir.

əhalinin sosial və maddi rifah halının yaxşılaşdırılması  istiqamətində görülən işlər

Hər zaman olduğu kimi, 2017-ci ildə də sosial yardımlara daha çox ehtiyacı olan  Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, Böyük Vətən Müharibəsi Veteranları, Xocalı soyqırımı şəhidlərinin ailələri, Çernobıl əlilləri, əlillərlər Cəmiyyətinin üzvləri, Qarabağ Qaçqın və Məcburi Köçkün ailələri Bələdiyyəmizin diqqət mərkəzində saxlanılmışdır.

Bayramlar öncəsi onlara maddi yardımlar olunur, ərzaq məhsulları paylanılır.  Qarabağ müharibəsi əlillərinə və Böyük Vətən Müharibəsi Veteranlarına hər ay mütəmadi olaraq maddi yardım göstərilir. 2017-cı ildə xüsusi qayğıya və diqqətə ehtiyacı olan  550 nəfərə Nəsimi bələdiyyəsi tərəfindən maddi və ərzaq yardımı edilmişdir.

2017-ci ildə sosial yardimlara ayrılan məbləğ 31721 manat təşkil  etmişdir.

Bələdiyyədə “açıq qapı günləri” ənənəvi şəkildə davam etdirilmişdir. Mütəmadi olaraq məhdudiyyətsiz şəkildə bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun  təşkili həyata keçirilir. Bələdiyyəyə müraciət edən və sosial yardımla bağlı köməklik göstərilməsini xahiş edən sakinlərlə ayrılıqda söhbətlər aparılır. Həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə hansı əmək fəaliyyəti ilə məşğul olmaları üçün məsləhətlər verilir və eyni zamanda  əlilliyi və ciddi xəstəliyi olan şəxslər qeydiyyata alınır və onlara yardımların göstərilməsi həyata keçirilir.    Vətəndaşlarla operativ əlaqələrin qurulması məqsədilə “qaynar xətt” telefon nomrəsi vasitəsilə qaldırılan məsələlər operativ qeydə alınır və  sorğular cavablandırılır. Bələdiyyəyə birbaşa iKT resusları üzərindən müraciət pəncərəsi olan Nəsimi bələdiyyəsinin öz saytı (www.nesimibelediyyesi.com) vasitəsilə bələdiyyə ilə əlaqə saxlanılır, elan olunmuş “qaynar xətt” telefon nomrəsi vasitəsilə sakinlərin  müxtəlif mövzuda sualları cavablandırılır, əmlak və torpaq vergisinin hesablanması qaydaları, o cümlədən güzəştlərin tətbiq edilməsi ilə bağlı şərtlər haqında izahat işləri aparılır. Vergiödəyicilərini ödənişlərə cəlb etmək istiqamətində maarifləndirmə işləri görülür.  Hər gün sakinlərin sədrlə, müavinlərlə və komissiya sədrləri olan digər bələdiyyə üzvləri ilə birbaşa görüşləri təşkil olunur,onların sosial-məişət problemləri ilə bağlı məsələlərin həlli yolları araşdırılır.

2017-ci ildə vətəndaşların ərizə və müraciətlərinə vaxtlı-vaxtında baxılması və cavablandırılması  Nəsimi bələdiyyəsinin diqqət mərkəzində olmuşdur. Belə ki, bu müddət ərzində Nəsimi bələdiyyəsinə ümumilikdə 334 müraciət daxil olmuşdur.  Mövcud qanunvericilik çərçivəsində ərizə, sorğu və müraciətlər vaxtında cavablandırılmışdır.

Bələdiyyənin gördüyü işlər barədə və həyata keçiriləcək digər tədbirlər haqqında məlumatlar  www.nesimibelediyyesi.com internet səhifəmizdə vaxtaşırı yenilənir.

Nazim Qaraxanov

  Nəsimi bələdiyyəsinin sədri 

ŞƏRHLƏR