"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Budcə gəlirlərini 18 faiz artıra bilmişik

--2023-01-26 / 12:21

(Biləsuvar Bələdiyyəsinin 2022-ci il ərzində büdcə gəlirləri və xərcləri barədə H E S A B A T)

 Biləsuvar Bələdiyyəsinin 2022-ci ilə təstiq olunmuş smetasına əsasən Dövlət büdcəsindən ayrılmış dotasiya nəzərə alınmadan gəlirlər 141.000 manat, xərclər isə 141.000 manat nəzərdə tutulmuşdur.

Büdcə kəsirini tamamlamaq üçün dövlət büdcəsindən 30.000 manat dotasiya alınması nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq Dövlət büdcəsindən 6250 manat dotasiya ayrılmışdır.

Bələdiyyənin 2022-ci ili ərzində yerli büdcəsi 141.000 manata qarşı 117.253 manat, dotasiya ilə birlikdə cəmi 123.683 manat yerinə yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 83% yerinə yetirilmişdir, büdcənin xərcləri isə dotasiya ilə birlikdə 123.726 manat olmuşdur.

Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır;

Torpaq vergisi – 20900 manat, əmlak vergisi – 71900 manat, Bələdiyyə əmlakının icarəyə verilməsindən – 14100 manat, Bələdiyyə əmlakının özəlləşdirilməsi – 8293 manat, Dotasiyadan daxil olma isə 6250 manat olmuşdur. Mehmanxana və sanatoriyalardan daxil olan ödəniş – 630 manat, dayanacaqlardan daxil olan ödəniş – 1355 manatdır. əlavə edək ki, 2021 ci il ilə müqayisədə bələdiyyənin büdcə gəlirlərini 18 faiz artırılıb.

Bələdiyyənin yerli büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir;

Yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri – 123.700 manat, o cümlədən əmək haqqı – 78700 manat, DSMF-na – 27697 manat, yerli özünüidarəetmə orqanının saxlanılması xərcinə - 5800 manat. imkansız ailələrə maddi yardım – 960 manat, küçə və meydanların saxlanılmasına – 180 manat, parkların saxlanılmasına – 670 manat, bayram tədbirlərinin keçirilməsinə - 1330 manat, tarixi və mədəni abidələrin saxlanılmasına – 110 manat, Mübariz ibrahimov küçəsində arkonun təmirinə - 670 manat, qəbristanlıqların saxlanılmasına – 330 manat, abunə xərcinə - 789 manat, yerli elektrik xətlərinin təmirində iştirak – 1090 manat və digər xərclər isə - 290 manat olmuşdur.

Maliyyə vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi və dəqiq miqdarı göstərilmişdir.

Məlumdur ki, büdcə gəlirlərinin artırılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergiləri əsas vəsaitlərdəndir. Belə ki, təkcə vətəndaşların bələdiyyəyə 260.000 manat əmlak və torpaq vergisi borcları olduğu halda 2022-ci ili ərzində yalnız 109.000 manat vəsait toplanmışdır.

Hesabat ilində şəhər ərazisində mövcud 5370 vergi ödəyicisindən 5265 –nə tədiyyə bildirişləri paylanılmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla 343 vergi ödəyicisinə 6 min manatdan yuxarı güzəşt olunmuşdur.

2022-ci il ərzində 90 nəfər vergi ödəyicisinə vergi ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onlarında ödənilməyən vergi borcu 36.800 manatdır. Bu orta hesabla hər vergi ödəyicisinə 408 manat təşkil edir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vergiləri ödəmədiyinə görə 46 nəfərin sənədləri Biləsuvar rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. Nəticədə bələdiyyənin hesabına 5200 manat vergi ödənilmişdir.

 i.V.Abasov

Biləsuvar Bələdiyyəsinin sədri                    

 

 

ŞƏRHLƏR