Azərbaycan Respublikasında bələdiyyələrin yaranması Ulu Öndər Heydər əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər əliyevin müəyyən etdiyi siyasi kursu bu gün Azərbaycan Respublikasının prezidenti cənab ilham əliyev uğurla davam etdirir.
Son illərdə möhtərəm Prezidentimizin bələdiyyələrlə bağlı imzaladığı Sərəncamlar bələdiyyələrin inkişafına müsbət təsir göstərmişdir.
Ölkəmizdə bələdiyyələrin fəaliyyətə başlamasından 17 ildən artıq bir vaxt keçir. Bu müddət ərzində bələdiyyələrin təşkili, Statusu, Nizamnaməsi, səlahiyyətləri, mülkiyyət, maliyyə əsasları və digər normativ- hüquqi sənədlər qəbul edilmiş, bələdiyyələrin fəaliyyətinin daim inkişaf etməsinə dövlət qayğısı gücləndirilmişdir.
Bakıxanov bələdiyyəsinin 2016-cı ildə gördüyü işlər barədə hesabatı təqdim etməzdən öncə Yerli büdcənin icra vəziyyəti barədə məlumat vermək istərdim:
Bakıxanov bələdiyyəsi 2016-cı ildə Yerli büdcənin formalaşmasına xüsusi fikir vermişdir. Yerli büdcənin formalaşması əsasən fərdi yaşayış, qeyri-yaşayış və coxmərtəbəli binalarda özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına həyata keçirilir.
Bildiyiniz kimi qəsəbəmiz şəhərtipli qəsəbədir. əhalinin 80% coxmərtəbəli binalarda yaşayır və evlərin 95% özəlləşdirilmiş mənzillərdir.
Bakıxanov bələdiyyəsi 2016-ci ildə vergilərin ödənişi ilə əlaqədar əhali arasında aparılan maarifləndirmə işlərini gücləndirmiş, qəsəbə daxilində vergi ödəyicilərinin dəqiq uçotunun aparılmasından ötrü yeni bir proqram “Bələdiyyələrin aftomatlaşdırılmış məlumat sistemi” yaradılmışdır.
Vergidən yayınan vergi ödəyicilərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür. Görülən işlər öz müsbət nəticəsini verməkdədir.
Belə ki, Yerli büdcə 2016-cı ildə 300 min manat nəzərdə tutulduğu halda, 453689.00 manat təşkil etmişdir.
2016-cı ildə Bakıxanov bələdiyyəsi tərəfindən qəsəbənin hüdudları daxilində müxtəlif ünvanlarda o çümlədən, X.Xasməmmədov, L.Məmmədbəyova, Aşıq Pəri, ş.Kamilov (qəbiristanlığa gedən yol) ə.Ağayev küçələrinə asfalt örtüyü vurulmuş, Yavər əliyev küçəsində abadlıq işləri aparılmış, N.ismayılov küçəsində Qarabağ döyüşlərində şəhid olmuş şamil Kamilovun xatırə bulağı əsaslı təmir olunmuşdur. Ümumilikdə görülən işlərə 194. 970.00 manat vəsait xərclənilmişdir.
Eyni zamanda bələdiyyə tərəfindən qəsəbənin aztəminatlı ailələrinə bayram sovqatları, müxtəlif təyinatlı aylıq və birdəfəlik yardımlar göstərilmişdir.
Ümumilikdə göstərilən yardımlara 6120.0 manat vəsait xərclənilmişdir.
2016-cı ildə Bakıxanov bələdiyyəsinə müraciət edən vətəndaşların sayı 105 nəfər, qəbula gələnlərin sayı 146 nəfər olub. əksər müraciət edənlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, digər müraciətlər isə yardımların göstərilməsi, məhəllədaxili yolların təmiri ilə əlaqədar olmuşdur.
Qeyd etmək istərdim ki, hörmətli icra Başçısı cənab Adil müəllimin rəhbərliyi dövrundən bu günə kimi rayonumuzda aparılan abadlıq –quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər böyük əhəmiyyət kəsb edir. istər Sabunçu rayonu, istərsədə qəsəbəmiz gün-gündən abadlaşır, yeni görkəm alır. Biz bələdiyyə olaraq öz növbəmizdə qəsəbənin iqtisadi-inkişafında, ictimai həyatında yaxından iştirak etmiş və gələcəkdə də iştirak edəcəyik.
Bakıxanov bələdiyyəsinin qarşısında bir cox mühüm işlər durur. 2017-cı ilin Tədbirlər planına uyğun olaraq, L.Məmmədbəyova, Yaqub əliyev, Aşıq Pəri, V.Həsənov, H.Balakişiyev, ə.Anaplı, H.Araslı, ə.Kərim küçələrində yollara asfalt örtüyünün vurulması, qəsəbənin hüdudları daxilində abadlıq və yaşıllaşma işlərinin aparılması nəzərdə tutulmuşdur. Eyni zamanda qəsəbə sakinlərini narahat edən problemlərin aradan qaldırılması üçün konkret işlər görməklə əhaliyə xidmətin səviyyəsini yüksəltmək Bakıxanov bələdiyyəsinin qarşısında duran mühüm vəzifələrdəndir. Bakıxanov bələdiyyəsi müvafiq icra orqanları ilə birlikdə qəsəbənin sosial iqtisadi inkişafında ictimai həyatında yaxından iştirak etməklə, qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.
Ramiz Nəsibov
Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədri