"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Büdcədə əmlak və torpaq vergisinin həcmi böyükdür

--2016-01-27 / 00:14

Səngəçal Bələdiyyəsi quruculuq və abadlıq işləri istiqamətində qəsəbənin bir sıra küçələrinə çınqıl tökülərək yayılmışdır. Bu barədə məlumatı Qaradağ rayonu Səngəçal bələdiyyəsinin  sədri şəlalə Bədəlova verib. Qəsəbənin Suvorov küçəsində sıradan çıxmış 130 p/m uzunluğunda müxtəlif diametrdə su xətti yenisi ilə əvəzlənib. Qəsəbədə məişət tullantıları üçün saxlama yerlərinin (zibilxanaların), qəsəbədaxili yolların kənarlarının məişət və qeyri tullantılardan təmizlənməsi daim nəzarətdə saxlanılıb.

Sədrin sözlərinə görə, hesabat dövrü ərzində Səngəçal Bələdiyyəsinə sakinlər tərəfindən 124 şifahi müraciət, 14 yazılı ərizə daxil olub. Müraciətlər  əsasən kommunal xidmətlərlə, torpaq sahəsinin sənədləşməsi və maddi yardmla əlaqədar olub.  

Persrektiv iş planında  nəzərdə tutulan tədbirlərin Səngəçal qəsəbəsində  həyata keçirilməsi bələdiyyənin nəzarətində olub. Belə ki, 26 fevral- Xocalı faciəsinin anım mərasimi qeyd edilmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi yad edilmişdir.  18-19 mart Novruz şənlikləri bələdiyyəmizin dəstəyilə qəsəbədə yerləşən 222 saylı orta məktəbin şagirdləri tərəfindən keçirilmişdir. 31-may 222 saylı məktəbdə Son Zəng günündə iştirak edilmişdir. 25 iyun tarində “ 26 iyun Silahlı Qüvvələr Günü” münasibətilə Səngəçal Bələdiyyəsi və Səngəçal Mədəniyyət evinin kollektivi “N” saylı hərbi hissədə olmuş, maraqlı konsert proqramı təşkil etmişlər. 15 iyul- müqəddəs Ramazan ayı münasibətilə Qəsəbənin xeyir-şər evində iftar süfrəsi verilmişdir. 17 iyul – şəhid Fəzail Qədimovun doğum günü münasibətilə, şəhidin  ailəsi ziyarət olunub, ərzaq yardımı edilmişdir.

15- sentyabr “Bilik Günü” 222 saylı orta məktəbdə keçirilən tədbirdə  iştirak edilmişdir.

Bələdiyyənin büdcəsinin əsasını əmlak və torpaq vergisi təşkil edir. 2015-ci il üçün Səngəçal Bələdiyyəsinin illik gəlir vergisi proqnozun 70,43% -ni təşkil etmişdir. Bu kimi halları aradan qaldırmaq üçün bələdiyyə öz fəaliyyətini genişləndirməkdədir.Sədrin fikrincə, Səngəçal bələdiyyəsi bundan sonrada öz işini  qəsəbədəki problemlərin həll olunması, qəsəbənin sosial-iqtisadi inkişafina uyğun olaraq quracaq, bunun üçün lazımi işlər görəcəkdir.

Belediyye.info

 

 

 

 

ŞƏRHLƏR