"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bülbülə bələdiyəsi parklarda cari təmir işlərini həyata keçirib

--2019-04-23 / 09:32

Suraxanı rayonu Bülbülə bələdiyyəsi qəsəbə ərazisində olan parklarda cari təmir işlərini həyata keçirib. Bu barədə məlumatı Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənov bildirib.

Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarıyla həyata keçirilən layihə çərçivəsində Səttar Bəhlulzadə küçəsindəki, həmçinin Aşurbəyovlar küçəsindəki parkda 20-dək oturacaqlarda və idman qurğularında sıradan çıxmış hissələr bərpa edilmiş, rənglənərək əvvəlki görkəminə qaytarılmışdır.

Bələdiyyə sakinlərin mədəni istirahətinin daha səmərəli təşkili üçün bundan sonrada bu tipli layihələri həyata keçirmək niyyətindədir.

P.S. Bələdiyyənin təqdim etdiyi şəkilləri oxucuların müzakirəsinə veririk

Belediyye.info

ŞƏRHLƏR