Suraxanı rayonu Bulbulə bələdiyyəsinin sədri Natiq Həsənovun Belediyye.infoya verdiyi məlumata görə, sakinlərin müraciəti əsasında qəsəbənin Səttar Bəhlulzadə küçəsində ciddi abadlıq işlərini başa çatdırmaq üzrədir. Suraxanı RiH-in təşəbbüsü ilə həyata keçirilən layihə ilk olaraq küçənin başlanğıc hissəsindən start götürüb.
Belə ki, 1500 kv.m-dən çox ərazidə divarlar rənglənmiş, milli ornamentlərlə bəzədilmişdir. Bununla yanaşı küçənin yol kənarında su xətti çəkilərək, torpaq tökülmüş, hamarlanmış və 350 kv.m əraziyə qazon döşənərək sulanmışdir.
Sədr Natiq Həsənovun sözlərinə görə, bələdiyyə qəsəbədə abadlıq işlərinin yerinə yetirilməsi üçün bələdiyyə iclasında xüsusi proqram hazırlayaraq təsdiq edib. Qəsəbədə həyata keçirilən işlərdə məhz bu proqram əsasında həyata keçirilir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|