"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bülbülə bələdiyyəsi növbəti layihəyə yekun vurub

--2018-10-12 / 11:40

Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənovun Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyə iclasının qərarıyla qəsəbə ərazisində abadlıq işləri davam etdirilir.

Növbəti layihə olaraq Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində yaşıllıq zolağının salınması işləri davam etdirlir. Artıq qazon əkliməsi və ərazinin suvarılması üşün su xəttinin çəkilməsi başa çatdırılıb.

Bununla yanaşı qəsəbənin israfil Məmmədov və Səttar Bəhlulzadə küçələrində də səkilərdə və küçə divarlarında cari təmir işləri aparılıb.

Küçə boyunca divarlar emulsiya ilə rənglənmiş, səkilərin sıradan çıxmış hissələri bərpa edilmişdir.

Sədrin sözlərinə görə, həyata keçirilən bu layihənin ilin sonunadək davam etdirlməsi nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR