sorğu
Belediyye.infoya daxil olan məlumata görə, Suraxanı rayon Bülbülə bələdiyyəsində sədr seçkisi keçirilib.
Belə ki, bələdiyyənin sədr səlahiyyətlərini icra edən Cavid Babayevin sədr səlahiyyətinə xitam verilib.
Daxil olan məlumata görə, bir il əvvəl Natiq Həsənovu əvəzləyən C.Babayev işində dönüş yarada bilmədiyinə görə, bələdiyyə üzvlərinin səs çoxluğu ilə sədr səlahiyyətinin icrasını dayandırmalı olub.
Bələdiyyə iclasının qərarıyla əvvəl bələdiyyə sədri olmuş Natiq Həsənova yenidən sədr səlahiyyətlərinin icrası həvalə edilib.
Belediyye.info