Bülbülə qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə əlaqədar
2021-ci ildə görülmüş işlərin və
2022-ci ildə qarşıda duran vəzifələri haqqında
Suraxanı rayonu Bülbülə qəsəbə bələdiyyəsinin
HESABATI
Azərbaycan xalqına zəfər qürurunu yaşadan, torpaqlarımızın işağaldan azad olunmasında qanından, canından keçən şəhidlərimiz, qazilərimiz, döyüşçülərimiz heç vaxt unudulmayacaqdır. 44 günlük Vətən müharibəsində Bülbülə qəsəbəsindən olan 7 nəfər torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 40 nəfərdən çox sakinimiz döyüşlərdə iştirak edərək yaralanmış və qazi olmuşlar.
Suraxanı Rayon icra Hakimiyyəti, Bülbülə bələdiyyəsinin və digər ictimai qurumlar daim şəhid, qazi və döyüşçülərin ailələrini diqqət mərkəzində saxlamış, onların sosial problemleri, eləcə də digər qayğıları ilə daim maraqlanmışdır. Belə ki, Suraxanı rayonundan olan 54 şəhidin il mərasimlərinin təşkili, onların doğum günlərinin anılması, xatirə “bulaq” komplekslərinin tikilməsi və s. diqqət və qayğı göstərilməsi istiqamətində işlər həyata keşirilmişdir.
Suraxanı rayonu icra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi inzibati ərazi Dairəsi Üzrə Nümayəndəliyi və Bülbülə bələdiyyəsinin 2003-cü ildən 2021-ci ilə kimi görülmüş işlər haqqında keçirilmiş hesabat yığıncaqlarında dolğun məlumatları rayon və qəsəbə ictimaiyyətinə çatdırmışdır. əyani şahidi olduğumuz nailiyyətlər Ümumilli Lider Heydər əliyevin layiqli davamçısı olan, Azərbaycan Respublikası Prezidenti cənab ilham əliyevin təsdiq etdiyi 2006-2007; 2009-2013 və 2014-2018-ci illərdə reqionların, eləcə də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində əldə edilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev 500 saylı 29 yanvar 2019-cu il tarixli fərmanla 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramını təsdiq etmişdir.
Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf etmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunmuş, özəl bölmənin inkişafı üçün əlverişli investisiya və rəqabət mühiti formalaşmışdır.
Bu dövr, həmçinin Azərbaycan xalqının maddi rifahının və həyat səviyyəsinin xeyli yüksəlməsi, ölkənin şəhər və kəndlərinin, eyni zamanda paytaxt Bakının və onun qəsəbələrinin simasının dəyişməsi və yeniləşməsi ilə də səciyyələnir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının (“Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətlənməsinə dair “Tədbirlər Proqramı” nın və 2011-2013-cü illərdə Bakı şəhərinin və onun sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın) icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.
Bu gün başlıca vəzifələrdən biri müvafiq dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və şəhərətrafı qəsəbələrin və kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir.
Keçən ilin hesabat yığıncağında qəsəbə nümayəndələrinin və qəsəbə sakinlərinin qaldırdığı, eləcə də rastlaşdığı problemlərin aradan qaldırılması üçün rayon rəhbərliyi, əlaqədar nazirlik və xidmət sahələrinin köməkliyi ilə müsbət nəticələr əldə edilmişdir. 2021-ci il ərzində Bülbülə qəsəbəsində müxtəlif abadlıq, tikinti, kommunikasiya və digər sahələrdə işlər həyata keçirilmişdir.
Suraxanı rayonu Bülbülə qəsəbəsində Suraxanı rayon Sukanal idarəsi tərəfindən 2021-ci il ərzində görülən işlər haqqında
M ə L U M A T
Bül-bülə qəsəbəsinin su təchizatı Maştağa su nasos stansiyasından gələn 2 ədəd d 800 mm və 41 şərq su anbarından daxil olan d 700 mm su kəmərləri vasitəsi ilə təmin edilir. Qəsəbənin ərazisində 5 ədəd su nasosxanası fəaliyyət göstərir. Bülbülə qəsəbəsinə 3408 abonentə xidmət göstərilir.
2021-ci ildə Bülbülə qəsəbəsində su şəbəkəsində baş verən 540 qəza aradan qaldırılmış, 550 p/m su xətti dəyişdirilmiş, qəsəbədəki 16 ədəd siyirtmə təmir edilmişdir.
III Mədən küçəsində yerləşən 42 saylı su nasos stansiyasında əsaslı təmir işləri görülmüş və həmin su nasos stansiyasından qidalan abonentlərin su təchizatı yaxşılaşdırılmışdır.
“Azərsu” ASC-nin 03/03-1/1-5025 saylı, 13.04.2021-ci il tarixli məktubuna əsasən Bülbülə qəsəbəsi III Mədən küçəsində, tikintisi yarımçıq qalmış su şəbəkəsinin işlərinin başa çatdırılması və d 200 mm çuqun su borunun ləğ edilməsi üçün d 63 mm L=400 metr su xətti çəkilmişdir və işlər davam etdirilir.
Kanalizasiya şəbəkəsində baş vermiş 770 qəza operativ olaraq aradan qaldırılmış 4200 p/m kanalizasiya xətti xüsusi maşınla yuyulmuş, 70 ədəd baxıcı quyu təmizlənmişdir.
III Mədən küçəsində d 150 mm L=60 p/m kanalizasiya xətti çəkilmişdir.
Suraxanı RETSi –nin istismar şöbəsinin
2021-ci il ərzində Bülbülə qəsəbəsi üzrə görülmüş işlər haqqında
M ə L U M A T I
2021-ci il ərzində Suraxanı RETSi –nin istismar şöbəsi tərəfindən Suraxanı rayonu ərazisində yerləşən transformator məntəqələrində və elektrik veriliş xəttlərində və Y/ST-larda təmir tikinti və yenidənqurma işləri aparılmışdır.
01.01.2021-ci il tarixdən 01.12.2021-ci il tarixinə kimi Bakı Regional Qaz istismar Departamentinin Suraxanı rayonu üzrə TiX-nin xidmət ərazisində görülmüş işlər barədə məlumat
Bakı Regional Qaz istismar Departamentinin Suraxanı rayonu üzrə Texniki istismar
Xidmətinin ərazisində görülmüş işlər barədə aşağıdakı məlumatı bildiririk:
- Bülbülə qəsəbəsi, S.əliyev küçəsi (Nəqşicahan kafenin yanı) QSQO-nun hündürə qaldırılması və girişdəki istismara yararsız D 100 mm-lik siyirtmə yenisi ilə əvəzləndi.
- Bülbülə qəsəbəsi, S.əliyev küçəsi (Karvan kafenin yanı) QSQO-nun girişdəki istismara yararsız D 100 mm-lik siyirtmənin yenisi ilə əvəzləndi.
- Bülbülə qəsəbəsi, S.əliyev küçəsi A yaşayış sahəsi (Hikmətin dükanının yanı) QSQO-nun hündürə qaldırılması və girişdəki istismara yararsız D 100 mm-lik siyirtmə yenisi ilə əvəzləndi.
- Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 43 nömrəli poçtun arxasındakı tələbatı ödəməyən şQTM-900 m3/saat madas tipli qaz tənzimləyicinin şQTM-1000 m3/saat qaz tənzimləyici ilə əvəzləndi.
- Bülbülə qəsəbəsi, S.əliyev küçəsi, “A” y/s Halal Mərasim evinin qarşısında şQTM-400 m3/saat tipli tənzimləyici quraşdırıldı.
- Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 51 ünvanı ilə üzbəüz ünvandakı tələbatı ödəməyən şQTM-900 m3/saat madas tipli qaz tənzimləyicinin şQTM-1000 m3/saat qaz tənzimləyici ilə əvəzləndi.
- Bülbülə qəsəbəsi, i.Məmmədov küçəsində 1 ədəd Dş 80 mm-lik siyirtmə quraşdırıldı.
- Bülbülə qəsəbəsi, S.əliyev küçəsində (6.10 saylı QTş-nin yanı) 1 ədəd Dş 80 mm-lik siyirtmə quraşdırıldı.
- Bülbülə qəsəbəsi, I Mədən ərazisində (Vişka tərəf) 1 ədəd Dş 80 mm-lik siyirtmə quraşdırıldı.
- “Yeni Suraxanı” QPS-dən Bülbülə qəsəbəsi, S.əliyev küçəsi ilə PE-280 mm-lik yeraltı orta təzyiqli qaz kəmərinə paralel gedən korroziyaya uğrayaraq istismara yararsız vəziyyətə düşmüş d159-219 mm-lik qaz xəttinin ləğv edilməsi məqsədilə PE-280 mm-lik qaz kəmərindən iki yerdə çıxışın (PE-110 mm və PE-160 mm) verilməsinə, 159- 219 mm-lik kəmərdən ayrılan d76 və d108 mm-lik qolların PE-280 mm-lik xətdən verilmiş çıxışlara qoşuldu, 1(bir) dəst d100 mm-lik və 1(bir) dəst d150 mm-lik siyirtmə quraşdırıldı.
- Bülbülə qəsəbəsi, S.əliyev küçəsində yerüstü aşağı təzyiqli d=89 mm-lik L=30 p/m, d=108 mm-lik L=30 p/m qaz xətti rənglənib.
- Bülbülə qəsəbəsi, S.əliyev küçəsində yerüstü aşağı təzyiqli d=89 mm-lik L=30 p/m, d=108 mm-lik L=30 p/m qaz xəti rənglənib.
2021-ci il ərzində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində müəssisəmizin balansında olan avtomobil yolları, prospekt və küçələrində yerinə yetirilmiş işlər barədə məlumat
Azərbaycan Avtomobil yolları Dövlət Agentliyinin “Bakı 7 â„–-li Yol istismarı” MMC 2021-ci il ərzində müəssisənin balansında olan Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində aşağıdakı avtomobil yolları, prospekt və küçələrində asfalt-beton yol örtüyünün təmiri işlərini yerinə yetirmişdir.
Nəriman Nərimanov küçəsində - 145 m² 3-cü Mədən küçəsi 41 m², Deputat 105 m², Samir əliyev - 22 m² asfalt-beton yol örtüyü təmir olunmuşdur.
Bununla belə Samir əliyev küçəsində 154 m² səkidə asfalt-beton örtük salınmışdır.
Bülbülə bələdiyyəsi S.əliyev küçəsində yaşayan sakinlərin müraciətini nəzərə alaraq 5000 kv.m asfalt örtüyü çəkdirmişdir.
Küçə işıqları:
Qeyd etmək lazımdır ki, son iki il ərzində qəsəbənin bir neçə küçəsinin işıqlandırılması və küçə işıqlarının bərpası işləri həyata keçirilmişdir. Lakin qəsəbə ərazisində bir çox küçələrdə bu istiqamətdə işləri davam etdirmək vacibdir. Elə küçələrimiz var ki, (Məşədi əzizbəyov, Laçın Səlimov, Nəriman Nərimanov və s.) orada dayaq və plafonlar var, sadəcə onların elə bu dayaqlar üzərində bərpası kifayət edər.
Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, xüsusi “Proqram” əsasında mərkəzi və məhəllədaxili küçələrin işıqladırılması prosesinə başlanılmışdır. Belə ki, qəsəbənin əvəz Verdiyev, Mənbə, Nizami, ilqar Məmmədov, 1-ci Bülbülə, Samir əliyev (köhnə Bakı-Aeroport yolu), Samir əliyev küçəsi “A” yaşayış sahəsi, Səttar Bəhlulzadə küçəsi döngə 7 küçələrində işıqlandırma işləri həyata keçirilir.
Proqramda bütün küçələrin işıqlandırılması nəzərdə tutulduğu üçün digər küçələrdə də bu istiqamətdə işlər davam etdiriləcək.
- Samir əliyev küçəsi (köhnə Bakı-Aeroport yolu) – 245 dirək; 10612 metr LED kabel
- Samir əliyev küçəsi “A” yaşayış sahəsi – 113 dirək; 3630 metr LED kabel
- ilqar Məmmədov küçəsi – 12 dirək; 370 metr LED kabel
- 1-ci Bülbülə küçəsi – 28 dirək; 963 metr LED kabel
- Nizami və Mənbə küçələri – 32 dirək
- əvəz Verdiyev küçəsi – 11 dirək
-
Sanitar təmizlik haqqında
98 meydança
228 konteyner
23 Maşın
2600 kv.m.
Sahil boyu – 10000 kv.m.
Təşkil edilmiş ümumrayon və qəsəbədaxili iməclikləri haqqında
Pandemiya dövründə Bülbülə qəsəbəsi ərazisində keçirilən tədbirlər və görülmüş işlər haqqında
Qeyd: Pandemiya dövründə qeyd olunan tədbirlər davam etdirilir.
Problemlər
Qəsəbə ərazisində qaz və elektrik sahəsində təhcizatla demək olar ki, problem yoxdur. Buna səbəb qaz və elektrik sahəsində mükəmməl şəbəkənin yaradılması, eləcə də müasir tələblərə uyğun avadanlıqlarla təhcizatdır.
Qeyd etmək lazımdır ki, “Azərsu” ASC-i “Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı haqqında “Dövlət Proqramının 2006-2007, 2009-2013-cü illər ücün nəzərdə tutulan işlərdən bir çoxunu tədbirlər planına əsasən həyata kecirə bilmişdir. Beləki, 2006-2013-cü illər ərzində qəsəbə ərazisində 20000 p/m-dən çox müxtəlif diametrli kanalizasiya xətləri çəkilmiş, eyni zamanda içməli su təminatının yaxşılaşdırılması üçün əməli tədbirlər görülmüşdür. Lakin bir çox küçə və məhəllələrdə kanalizasiya və içməli su xəttinin tələbata uyğun olmaması, istismar müddətinin keçməsi, mövcud kommunikasiyanın dağınıq olması problemlər yaradır.
Kanalizasiya və içməli su xətləri yeraltı kommunikasiya olduğundan bir çox küçə və məhəllələrin asfaltlanması və abadlaşdırılmasının yubanmasına səbəb olur. Məsələn:
Qəsəbənin şərq, Mənbə, Nəriman Nərimanov küçələri və bu küçəyə aid olan döngələr, Ramiz Qarayev, Mövsüm Bəydəmirov küçəsi döngə 2;5;6, Səttar Bəhlulzadə küçəsi döngə 3;7, Oktyabrın 40 illiyi küçəsi, 1 və 2-ci Bülbülə küçələri, 3-cü Mədən və Samir əliyev küçələrinin müxtəlif əraziləri və s. adları qeyd olunan küçələrdə içməli su və kanalizasiya şəbəkəsinin olmamasından sakinlərin yol probleminin həllini də yubadır.
Digər problemlərdən biri də Heydər əliyev prospektinin sağ və sol hissələrində yerləşən 2500 ev təsərrüfatının çirkab sularının 16 saylı cəzaçəkmə müəssisəsinin arxa hissəsində boş əraziyə axıdılmasıdır. ərazinin ekoloji durumuna ciddi mənfi təsir göstərən vəziyyətdən çıxış yolu “Azərsu” ASC tərəfindən Samir əliyev küçəsində kanalizasiya şəbəkəsinin yaradılması və mərkəzi kollektorun qurulmasıdır.
Samir əliyev küçəsi “A” yaşayış sahəsinin 3-4-5-ci döngələrində mövcud kanalizasiya xəttinin səviyyəsinin mərkəzi kollektor xəttindən aşağı olması ciddi problemlər yaradır. 8 mart və şərq küçələri yağışlı havalarda keçilməz vəziyyətə düşür.
Nəzərinizə çatdırmaq lazımdır ki, hesabat boyu sadalanan görülmüş işlər, eləcə də mövcud problemlərin öyrənilməsi Suraxanı rayonu icra Hakimiyyəti, qəsəbə nümayəndəliyi, qəsəbə bələdiyyəsi və digər təşkilatların tərtib etdiyi “Tədbirlər planı” əsasında, eləcə də “Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilmişdir. Eyni zamanda sakinlərin də səyyar görüşlərdə, qəbullarda qaldırdığı problemlər və təkliflər nəzərə alınmışdır. Suraxanı rayonu icra Hakimiyyəti, qəsəbə nümayəndəliyi, qəsəbə bələdiyyəsi, kommunal xidmət sahələri, digər yuxarı təşkilat və birliklər əhalinin sosial-iqtisadi rifahı naminə təsdiq edilmiş Dövlət Proqramının müddəalarına və tapşırıqlarına uyğun olaraq, öhdəyə düşən vəzifələri yerinə yetirməklə Bülbülə qəsəbəsinin tikinti quruculuq işlərində daha da böyük nailiyyətlərə çatması üçün əlindən gələni əsirgəməyəcəkdir.
Ümid edirik ki, 2022-ci ildə də Bülbülə qəsəbəsi Suraxanı rayonu ilə paralel olaraq tikinti quruculuq işlərində daha da irəli gedəcək və bütün problemlərin həllinə nail olacaqdır.
Suraxanı rayonu Bülbülə
Qəsəbə bələdiyyəsinin sədiri: N.M.Həsənov