"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsi büdcə müzakirələrini davam etdirir

--2018-12-12 / 17:21

Xəzər rayonu Buzovna bələdiyyəsi büdcə müzakirələrini davam etdirir.

Bununla bağlı Belediyye.infoya məlumatı Buzovna bələdiyyəsinin sədri Mətləb əliyev bildirib.

Sədrin sözlərinə görə, noyabr ayında tərtib edilən büdcə layihəsi məhəllə komitələrində müzakirə edilərək təkliflər bələdiyyənin büdcə komissiyasına təqdim edilib.

Büdcə layihəsi hazırda büdcə komissiyasında müzakirə edilərək yekun variant bələdiyyə iclasına tövsiyə edilib.

Hazırda son dəqiqləşdirmələr aparılır.

Sədrin sözlərinə görə, əsas büdcə gəlirlərimizi əmlak vergisinin üzərində qurmuşuq. Bununla yanaşı əsas diqqəti sənədsiz mənzillərin sənədləriməsinə yönəltmək niyyətindəyik. Növbəti ildə də sakinlər arasında maarifləndirmə işlərinə ciddi fikir veriləcəkdir. Çünki bələdiyyə ərazisində olan əmlakın 60 faizədək hissəsində çıxarış olmadığından və ya hər hansı sənəd olmadığından vergiyə cəlb etmək mümkün olmur.

əldə etdiyimiz xərcləri isə əsasən sosial layihələrin icrasına yönəldəcəyik.

Sədr büdcənin dekabrın 20 –dək bələdiyyə iclasında müzakirə edirələk təsdiq ediləcəyini bidlirb.

Belediyye.info

ŞƏRHLƏR