Xəzər rayonu Buzovna qəsəbə bələdiyyəsindən daxil olan məlumata, bələdiyyə vətəndaş məmnunluğunu təmin etmək məqsədiylə ciddi layihələr icra etməkdədirlər.
Bələdiyyə iclasında müzakirə edilən hər bir qərar layihəsinə bələdiyyə üzvləri dəstək verməkdədirlər. Belə ki, bu günlərdə Buzovna bələdiyyəsi daha bir layihəyə yekun vurub. Daxil olan məlumatda bildirilir ki, şəhid Bayramov Ramin Hüseynağa oğlunun yaşadığı Abşeron küçəsi dalan 2-də uzunluğu 160 metr eni 5.47 metr olan küçəyə yeni asfalt örtüyü çəkilmişdir.
əlavə edək ki, şəhid Ramin Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində hərbi səfərbərlik zamanı könüllü iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 11 noyabr tarixində Cəlilabad rayonunun Alar kəndində torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti ilham əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Belediyye.info
|
|
|
|
|
|
|