Xəzər rayonu Buzovna Bələdiyyəsinin sədri Mətləb əliyev, bələdiyyənin ərazi idarəetmə şöbəsinin müdiri Dilqəm Hacıyev, hüquşünası Vüsal Poladov Buzovna qəsəbəsində yerləşən iftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbdə məktəbin direktoru Yaqut Hacıyeva və direktor müavin Niyaməddin əliyevin iştirakı ilə 11-ci sinif şagirdləri ilə maarifləndirmə xarakterli görüş keçirilmişdir.
Görüşdə çıxış edən Buzovna Bələdiyyəsinin sədri Mətləb əliyev dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma və qorunma kimi hüquqlarının hər birinin təyinində istifadə edilən universal anlayış olduğunu, uşaq hüquqlarının müxtəlif növ zorakılıq və istismardan qorunmalı olduğunu ifadə edərək qeyd edib ki, şagirdlər bir-birləri ilə mehriban olmalı, digər sinif və məktəb yoldaşlarına qayğı göstərməli, müəyyən tərbiyə və əxlaqi dəyərlərdən uzaq olan bir sıra sosial şəbəkələrdən, xüsusən də “Tik-Tok” platformasından istifadəyə məhdudiyyət qoymalı, yalnlız elmi bilik səviyyəsini artıran materialların oxunmasına üstünlük verməldirlər. Bu işdə həm məktəbin, həm də valideynlərin də üzərinə müəyyən məsuliyyət yükü düşür.
Səmimi ünsiyyətin formalaşdığı bir sinifdə sözsüzki təhsilin səviyyəsi də yüksək olacaqdır. Boş vaxtlarının səmərəli keçirilməsində idman oyunlarının təşkili istənilən halda şagirdlərin təlim tərbiyəsənidə müəyyən müsbət təsiri olur.
Canlı diskussiya şəraitində davam edən görüşdə gənclərin çoxsaylı sualları ətraflı şəkildə cavablandırılıb, onlara hüquqi məsləhətlər verilib.
Buzovna bələdiyyəsi tərəfindən məktəblərdə görüşlərin sistemli şəkildə davam etdirlməsi qərara alınıb.
Belediyye.info
|
|
|
|