"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsi qanvermə aksiyasına qoşulub

--2020-04-29 / 18:11

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə könüllü qanvermə aksiyasına Xəzər rayonu Buzovna bələdiyyəsidə qoşulub. Bu barədə məlumatı Buzovna bələdiyyəsi yayıb.

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə könüllü qanvermə aksiyaları keçirilir.

29 aprel 2020-ci il tarixində Buzovna Bələdiyyəsinin sədri Mətləb əliyev, bələdiyyə üzvləri və qulluqçuları qanvermə aksiyasına qoşularaq fəal iştirak ediblər.

ŞƏRHLƏR