"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsi qazini işlə təmin edib

--2022-09-07 / 10:21

Xəzər rayonu Buzovna bələdiyyəsində Vətən müharibəsi iştirakçısı, qazi Fərrux əliyev işlə təmin edilib. Bu günlərdə keçirilən iclasda Fərrux Elşən oğlu əliyev kollektivə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən bələdiyyə sədri Mətləb əliyev 44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab ilham əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun göstərdiyi şücaətdən danışaraq, bu möhtəşəm qələbədə Buzovna gənclərinin də öz payı olduğundan qürur hissi keçirdiyini bildirib. Bu gün Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu prosesdə bələdiyyələrdə öz töhvələrini verməkdədir. Bu gün Buzovna bələdiyyəsi olaraq Vətən müharibəsi iştirkaçısı Fərrux Elşən oğlu əliyevi vergi mütəxəssisi kimi işə qəbul edilib. Qazi Fərrux əliyev dövlət tərəfindən qazi və şəhid ailələrinə və müharibə iştiakçılarıan göstərilən qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib.

Qeyd edək ki, qazi Fərrux əliyev 2020-ci il II Qarabağ muharibəsində Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak edib. Prezident sərəncamıyla “Füzulinin və Xocavəndin işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.

Belediyye.info

ŞƏRHLƏR