"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsi şəhidin xatirəsinə həsr olunmuş bulağı istifadəyə verib

--2021-06-23 / 15:53

Xəzər rayonu Buzovna bələdiyyəsi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mustafa Kərimovun xatirəsinə həsr olunmuş bulağı istifadəyə verib. Bələdiyyə iclasının qərarıyla istifadəyə verilən kompleksdə şəhidin xatirə lövhəsi də vurulub.

Qəsəbənin Çingiz Mustafayev küçəsi 10 a ünvanında istifadəyə verilən bulağın ətrafın da səliqə səhman yaradılmış və gül kolları əkilmişdir.

Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. Bələdiyyədən daxil olan məlumata görə, qəsəbənin döyüşlərdə iştirak edən sakinlərindən on ikisi Vətən müharibəsi dövründə qəhrəmancasına həlak olub. Bələdiyyə iclasının qərarıyla ilin sonundək digər şəhidlərə həsr olunmuş bulaqların istifadəyə verilməsi qərar alınıb.

Qeyd edək ki, bələdiyyənin rəsmiləri mütəmadi olaraq Kərimov Mustafa Mais oğlunun ailəsini ziyarət etməklə ailənin vəziyyəti ilə maraqlanırlar.

Xatırladaq ki, M.Kərimov torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və 7 oktyabr 2020 tarixində qəhrəmancasına şəhid olub.

Belediyye.info

ŞƏRHLƏR