"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsi səkkiz layihəyə yekun vurub

--2018-10-18 / 18:55

“Xəzər rayonu Buzovna bələdiyyəsi   qəsəbədə abadlıq işlərini davam etdirir. Bələdiyyə iclasında təsdiq edilmiş plana uyğun olaraq layihələr icra olunmaqdadır”- bu fikirləri Belediyye.infoya bələdiyyənin sədri Mətləb əliyev bildirib.

Sədrin sözlərinə görə, bələdiyyə tərəfindən cari ildə qəsəbənin Ruhulla Axundov, “Qədəmgah”, Heydər Eyvazov küçələrində ciddi abadlıq işləri aparılmış, küçə boyu sıradan çıxmış hissələrinə asfalt vurulmuşdur.

Bununla yanaşı Heydər Eyvazov küçəsində 80 metrə yaxın ərazidə baxımsız qalmış ərazi kol-kosdan və zibil tullantılarından təmizlənərək onlarca gül kolları və dekorativ ağaclar əkilmişdir. Səkilər və taxta məhəccərlər boyanaraq vurulmuşdur.

Sədrin sözlərinə görə, eyni məzmunda layihəni “Cümə” məscidi ilə üzbəüz əraizdə həyata keçirilmişdir.

“Qədəmgah” küçəsində isə indiyədək ərazidə piyadaların arzusunu nəzərə alaraq 270 metrə yaxın səki salınmışdır. Cari ildə Buzovna bələdiyyəsi səkkiz irihəcmli layihəyə yekun vurub.

Bələdiyyə ərazisində keçirilən Yerli Demokratiya Həftəsi”nin gedişiylə bağlı sədr bildirib ki, bələdiyyə tərəfindən ərazidə oktyabr ayının 21-dək seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyələrin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə operativ və əsaslı baxılması və digər bu kimi mühüm məsələləri özündə birləşdirən aksiya çərçivəsində seçicilərlə açıq və qapalı məkanlarda görüşlərin keçirilməsi və bu kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

P.S. Layihələrin icrasıyla bağlı bələdiyyə tərəfindən çəkilən şəkilləri oxucuların diqqətinə təqdim edirik.

Belediyye.info

ŞƏRHLƏR