Xəzər rayonu Buzovna bələdiyyəsində qazilərin bir qrupu ilə görüş keçirilib.
Görüşdə Buzovna bələdiyyəsinin sədri Mətləb əliyev Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə daim yüksək dövlət qayğısı göstərildiyini qeyd edərək bildirib ki, Azərbaycan Prezidenti cənab ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların qarşılaşdıqları problemlərinin operativ şəkildə həlli hər daim Buzovna bələdiyyəsinin də diqqət mərkəzində olduğunu qeyd edib.
Sədr daha sonra bildirib ki, bələdiyyənin hər ay keçirilən iclaslarında qazilərin müraciətlərinə baxılaraq bələdiyyədən asılı olan məsələlər dərhal həll edilir, bələdiyyədən asılı olmayan məsələlərə isə həll edilməsi üçün müvafiq orqanlara yönləndirilir.
Sonra Buzovna qəsəbəsinin qaziləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkəmizin başçısına minnətdarlıqlarını bildirib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndiriblər.
Görüşdə Buzovna bələdiyyəsinin sədr müavinləri Təbriz Ağayev, israfil Hüseynov və bələdiyyənin hüquqşünası Vüsal Poladov iştirak edib.
Görüş ciddi fikir mübadiləsi ilə davam etdirilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|