"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsində qazilərlə növbəti görüş keçirilib

--2022-09-13 / 16:49

Xəzər rayonu Buzovna bələdiyyəsində qazilərlə növbəti görüş keçirilib. Görüşdə on nəfərə yaxın qəsəbədən olan qazi, Buzovna bələdiyyəsinin sədri Mətləb əliyev, bələdiyyənin sədr müavinləri və bələdiyyə qulluqçuları, habelə MM üzvü Rauf əliyevin köməkçisi, bələdiyyə üzvü əfrasiyab əmirov, habelə “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli iştirak edib.

Görüşdə qazilərin qarşılaşdıqları problemlər və onların həlli mexanizmləri geniş müzakirə edilib. Görüşdə çıxış edən bələdiyyə sədri Mətləb əliyev Buzovna bələdiyyəsinin iclasının qəbul etdiyi proqrama əsasən keçirilən növbəti görüşdə bələdiyyənin qazilərlə bağlı ötən müddət ərzində keçirdiyi görüşlər barəsində danışaraq, bir nəfər qazinin bələdiyyədə işə qəbul edildiyini bildirərək, gələcəkdə maliyyə imkanı olduqca digər işə ehtiyacı olanlar barəsində də təkliflərin müzakirə ediləcəyini bildirmişdir.

Sədrin sözlərinə görə, bələdiyyə daim qazilərin problemlərinin həliylə maraqlanır və maliyyə imkanları daxilində irəli sürülən təkliflərin həllinə maraqlı olur. Bu görüşdə qəsəbənin Natəvan küçəsində qazilərində yaşadığı küçənin asfalt vurulucağını bildirilmişdir. Bununla bağlı artıq bələdiyyə iclasında müəyyən qərar qəbul edilmişdir. Bələdiyyə sədri görüşdə iştirak edən ona yaxın qazinin hər birinin problemini dinləmiş və onun həlliylə bağlı müvafiq tapşırıqlar vermişdir.

Milli Məclisin üzvü Rauf əliyevin köməkçisi, bələdiyyə üzvü əfrasiyab əmirov bu kimi görüşlərin cənab Prezident ilham əliyevin Vətən müharibəsi iştirakçılarına olan diqqət və qayğısından irəli gəldiyini vurğulayıb. ə.əmirov qeyd edib ki, qazilərin üzləşdiyi hər-hansı çətinliyin aradan qaldırılması bu gün dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Cənab Prezidentin bu sahədə apardığı siyasətə bələdiyyələrin də dəstək vermələri təqdirəlayiq haldır.

Görüşün sonunda qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab ilham əliyevə və Birinci vitse-prezident Mehriban xanım əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda görüş iştirakçıları bələdiyyənin təşəbbüsü və maliyyəsiylə inşa edilən “Buzovna şəhidlərinin xatirəsinə həsr olunmuş kompleksi” ziyarət edərək xatirə şəkli çəkdirmişlər.

Belediyye.info

ŞƏRHLƏR