"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsində sakinlərin qəbulu keçirilib

--2021-03-06 / 09:32

Xəzər rayonu Buzovna bələdiyyəsinin inzibati binasında sakinlərin qəbulu keçirilib. Görüşdə bələdiyyə sədri Mətləb əliyev və qəsəbənin Rasim imanov küçəsi 4 saylı binanın bir qrup sakini iştirak edib.

Sakinlər yaşadıqları küçənin problemlərini, habelə üzləşdikləri çətinliklərdən və onları narahat edən digər problemləri dilə gətiriblər. ərazidə futbol meydançasının təmirə ehtiyac olduğu, habelə kanalızasiya xəttinin bərpası və digər məsələləri qaldıran sakinlərə bu məsələlərin bələdiyyə iclasında müzakirəyə çıxarılacağı bildirilmiş və bələdiyyədən asılı olan məsələlərin tezliklə həll ediləcəyi, digər məsələlərin isə müavfiq orqanlar qarşısında qaldırılacağı qeyd edilib.

Belediyye.info

ŞƏRHLƏR