"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsində vətəndaşların qəbulu keçirilib

--2018-11-05 / 11:54

Xəzər rayonu Buzovna bələdiyyəsində vətəndaşların qəbulu keçirilib.

Bu barədə mıəlumatı adıçəkilən bələdiyyə yayıb. Bələdiyyə sədrinin qəbulundan on nəfərdən artıq vətəndaş iştirak edib.

Bələdiyyə sədri Mətləb əliyev sakinləri dinləyərək onların bələdiyyə ilə bağlı problemlərinin həlli istiqamətində addımlar atılacağını deyib.

Bələdiyyədən asılı olmayan məsələlər barəsində isə vətəndaşların   rəsmi müraciətləri əsasında müvafiq strukturlara məktubların göndərilməsi qərara alınıb.

Bələdiyyədən daxil olan məlumata görə, bələdiyyədə sədrin, müavinlərin və komissiya sədrlərinin hər birinin gündəlik qəbul saatları bələdiyyə iclasının qərarıyla müəyyən edilib və müəyyən günlərdə "açıq qapı" günləri də keçirilir.

Bununla bağlı sakinlərə əvvəlcədən məlumatlar da verilir.  

Belediyye.info

ŞƏRHLƏR