"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsindən daha bir humanist addım

--2020-04-24 / 19:32

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsini Xəzər rayonu Buzovna bələdiyyəsi bu gün gün ərzində davam etdirib.

Bu barədə məlumat Buzovna bələdiyyəsindən daxil olub.

Bələdiyyənin sədri Mətləb əliyevin təşkilatıçılığı ilə qəsəbə ərazisində aztəminatlı ailələrin və 65 yaşdan yuxarı insanların müfaviq siyahısına uyğun olaraq 126 sakinin hər birinə ərzaq bağlamaları sədrin və qulluqçularının şəxsən iştirakıyla təqdim edilmişdir.

Görüşlərdə həmçinin aztəminatlı ailələrin işlə təminat məsələri və kommunal xidmət sahələriylə bağlı qarşılaşdığı problemlər müzakirə edilmiş, bu məsələrlə bağlı Buzovna bələdiyyəsinə müraciət etmələri xahiş edilmişdir.

Görüş iştirakçılarının hər biri dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda ölkəmizdə bu virusun yayılmanın qarşısı alması, əhalinin sağlamlığını qorumaq üçün Azərbaycan Prezidenti ilham əliyevin atdığı addımları dəstəklədiklərini bildirmiş, məhz ölkə başçısının bu addımları sayəsində koronavirus pandemiyasına qarşı mübarizə üçün əvvəlcədən qəbul edilən qərarlar sayəsində itkilərin başqa ölkələrlə müqayisədə dəfələrlə az olması xüsusilə vurğulanmışdır.

Bununla yanaşı bağlamaları alanların hər biri ilə görüşdə, həm də bir daha dövlət tərəfindən atılan addımlar izah edilmiş və evdə qalmaları, gündəlik etməli olduqları məsələlərə daha diqqətli yanaşmaları və məcbur qalmadıqda evdən çıxmamaları xahiş edilmiş, qarşılaşdıqları problem olduqda Buzovna bələdiyyəsinin “Qaynar xətti”nə (+994505051070) zəng etmələri xahiş edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR