"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsinin kollektivi qazi ailələrini ziyarət edib

--2023-03-18 / 13:08

Belediyye.info xəbər verir ki, Buzovna bələdiyyəsinin kollektivi Novruz bayramı ərəfəsində qaziləri ziyarət edib.

Bu barədə məlumatı Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb əliyev bildirib.

Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarıyla qəsəbə ərazisində yaşayan qazi  ailələri ziyarət edilərək, hər bir ailəyə ərzaq bağlaması təqdim edilmişdir.

Hər bir qazi ilə görüşdə bələdiyyənin fəaliyyəti haqqında bilgilər verilmiş, habelə qaziləri maraqlandıran suallar cavablandırılmış, onların  sosial-məişət qayğıları ilə maraqlanmışlar. 

Belediyye.info

ŞƏRHLƏR