Xəzər rayonu Buzovna bələdiyyəsi Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Bələdiyyədən verilən məlumata görə, bələdiyyə sədri Mətləb əliyev, bələdiyyə üzvləri və qulluqçuları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılmas ilə bağlı sakinlərlə görüşlərini bu gündə davam etdirib.
Bununla yanaşı sakinlərə Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq istiqamətində də maarifləndirmə işləri aparılmışdır.
Xəzər RiH -in məsul əməkdaşının da qatıldığı görüşlərdə hər bir sakinə Xəzər RiH-lə təşəbbüsü ilə hazırlanan maarifləndirici bukletlər paylanılmışdır.
Buzovna bələdiyyəsi bu gün həmçinin Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara, habelə aztəminatlı ailələrə qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan “Retro Holdinq” tərəfindən hazırlanan ərzaq bağlamalarıda təqdim edilmişdir.
Belediyye.info
https://www.youtube.com/watch?v=zI7GEkmLiHo&feature=youtu.be
|
|
|