“Cəbhə bölgəsində sakitçilikdir. şəhər öz sakit həyatını yaşayır. Sabitlikdir. Hətta atışma səsi, partlayış səsi gəlmir. Ağır sutkadan sonra şəhər öz rahat məcrasına düşüb. Burda şayiələrin də xarakteri fərqlidir. 1991 – 92-ci illərdəki şayiələrdə belə idi ki, adamlar bir-birlərinə danışırdılar ki, filan kənd boşaldıldı, filan rayon boşaldıldı. Amma indiki şayiələridə çox böyük bir pozitivlik var. Adamlar arasında gəzən söz-söhbətə görə artıq müxtəli rayonlar bizdədir, müxtəlif yüksəkliklər bizdədir. Hətta bəzən söhbəti ona qədər gətirib çıxarırlar ki, Füzulinin yağ-pendir zavoduna qədər gedib çıxmışıq. Bu isə ondan xəbər verir ki, yerli əhali pozitiv köklənib, insanlar çox pozitiv köklənib. əhval-ruhiyyə də çox yüksəkdir.” – deyə Mir şahin Ağayev cəbhə bölgəsindən bildirir.
http://www.anspress.com/siyaset/03-04-2016/ermeniler-cox-sayda-yaralini-helikopterlerle-dasiyir