Cəlilabad rayonunda formalaşan 35 bələdiyyənin 2018-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 230.400 manat olub. Bu da 2017-ci illə müqayisədə 7 faiz azalma deməkdir.
əldə edilən vəsaitin isə 26.6 faizi yəni (61.400 manat) bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və icarəsindən daxil olub.
Cəlilabad bələdiyələri əmlakın və torpağın satışından əldə etdikləri vəsaitin həcmi 29200 manat olub ki, bu da ötən ilki rəqəmdən 16 faiz artıq deməkdir.
Bu məlumatlar Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Cəlilabad rayonunda formalaşan 35 bələdiyyə 13.500manatlıq əmlak vergisi, 67.800 manatlıq torpaq vergisi toplaya biliblər.
Təəssüf ki, il ərzində mədən vergisi, mehmanxana rüsumu, dayanacaq rüsumu, reklam vergisindən bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.
Qeyd edək ki, il ərzində 86.800 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Fiziki və hüquqi şəxslərdən daxil olan maliyyə yardımlarının həcmi isə 1000 manat olub
Cəlilabad bələdiyyələri əldə etdikləri qazancın 63.9 faizini yerli özünidarəorqanlarının saxlanmasına xərcləyiblər.
Belediyye.info