"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Cəlilabad bələdiyyələrinin DSMF-yə nə qədər borcu var?

--2018-09-12 / 10:49

 “Cəlilabad rayon bələdiyyələrinin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 100 min manata yaxın borcu vardır” –bu barədə Belediyye.infoya məlumat rayon bələdiyyələrinin əlaqələndirmə şurasından daxil olub.

Məlumatda bildirilir ki, Cəlilabad rayonunda formalaşan 35 bələdiyyənin bu borca görə bank hesabı bağlıdır.

Məlumatda o da qeyd edilir ki, borc əsasən 2009 - cu ilədək yaranan bocrdur, bələdiyyələrin həmin ildə birləşdirilməsindən sonra bir qədər də artıb.

Dövlət başçısının mart sərəncamının icrasıyla bağlı aprel ayında müəyyən bir qismi borc silinsə də yenə kifayət qədər borc qalmaqdadır.

Belediyye.info

ŞƏRHLƏR