Cəlilabadda ümummilli lider Heydər əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyi başa çatıb.
Cəlilabad Rayon icra Hakimiyyəti, rayon gənclər və idman idarəsi, “Məhsul” Kənd Könüllü idman Cəmiyyətinin Cəlilabad rayon şurasının birgə təşkilatçılığı ilə aprelin 30-dan startı verilən birincilikdə 12 komanda mübarizə aparıb.
Rayon birinciliyinin final oyununda Üçtəpə və Uzuntəpə kənd bələdiyyələrinin komandaları qarşılaşıblar. Oyunu 3:1 hesabı ilə başa vuran “Üçtəpə” komandası birinciliyin qalibi olub.
Qaliblər kubok, diplom, medal və idman geyimləri ilə mükafatlandırılıb.
Mükafatçıları təbrik edən Cəlilabad Rayon icra Hakimiyyətinin başçısı əziz əzizov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.