"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

çənlibeldən maral qaçdı - TAPANA BəLəDiYYə MüKAFAT VERəCəK

--2017-03-25 / 18:44

şəmkir rayonu Çənlibel bələdiyyəsi tərəfindən təsis edilmiş “Maral” MMC-nin nəzdində Maralçılıq təsərrüfatında saxlanılan marallardan biri şəmkir rayon Çənlibel kəndi ərazisində yerləşən meşədə itmişdir.

Qərbinfo.az xəbər verir ki, maralın yerini müəyyən edən şəxsdən Çənlibel bələdiyyəsi ilə qısa müddət ərzində əlaqə saxlaması xahiş olunur. 

Marallar bəlkə də insanların onları sevməsi üçün heç bir səbəb axtarmadığı yeganə və tək heyvanlardır. Odur ki, sizdən itmiş marala ziyan vurulmaması xahiş olunur. Həmçinin maralın yerini müəyyən edən şəxsə pul mükafatı veriləcək.

http://qerbinfo.az/xeber/1616-nlibeldn-maral-qad.html

ŞƏRHLƏR