Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun ciddi səyi nəticəsində Ermənistan Silahlı Qüvvələrindən təmizləndikdən sonra ölkə başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq kənddə bütün sturktur yaradılmaqdadır. Artıq 50 mənzil kənd sakinlərin ixtiyarına verilib. Yaxın müddət ərzində daha 100 mənzilin istifadəyə verilməsi gözlənilir.
Bəs Cocuq Mərcanlı kəndində bələdiyyə formalaşdırıla bilərmi?
Cəbaryıl Rayon icra Hakimiyyətindən sualımıza cavab olaraq bildirildi ki, bu məsələ rayon icra hakmiyyətinin başçısı səviyyəsində müzakirəyə çıxarılıb. Hələ bu istiqamətdə qəti qərar verilməsə də ola bilər ki, növbəti seçkilərdə öz həllini tapsın.
Məsələyə münasibət bildirən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Azər Badamov Belediyye.infoya açıqlamasında bildirib ki, 2016-cı il tarixdə aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayışın təhlükəsizliyi təmin olundu və ölkə başçısı orada yeni bir yaşayış məntəqsinin bərpasına sərəncam verdi. Qısa bir zamanda Copcuq Mərcanlı camaatı hamılıqla ora qayıtmaq istədiklərini bildirmiş və bu gün isə orada tam müasir yaşayış infrastrukuru yaradılmışdır.
Cocuq Mərcanlı Cəbrayıl rayonun Çaxırlı inzibati ərazi vahidliyinə daxildir və bu ərazidə insanların yaşaması üçün lazım olan sosial obyektlər də tikilib istifadəyə verilmişdir. Hazırda isə daha 100 evin tikilməsi nəzərdə tutulmuşdur.
Düşünürəm ki, bütün bunları nəzərə alaraq Cocuq Mərcanlı bələdiyyəsinin yaradılmasına ehtiyac var. Çünki, düşmən də bilməlidir ki, biz yaşayışı təmin olunan hər bir yaşayış məntəqəsində müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi ilə yanaşı yerli özünü idarə sistemini də yarada bilərik.
Belediyye.info