Avropa şurası çərçivəsində fəaliyyət göstərən Demokratiya və idarəçilik üzrə Avropa Komitəsinin (CDDG) "COVID-19-un demokratik idarəetməyə təsiri" mövzusunda videokonfrans formatında iclas keçirilmişdir. Avropa şurasının təşkilatçılığı ilə keçirilən tədbirə ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin nümayəndəsi qoşulmuşdur.
iclasda yerli hakimiyyətlərin fövqəladə vəziyyətdə fəaliyyəti, yerli özünüidarə orqanlarının pandemiya dövründə qabaqcıl rolu və faydalı əməkdaşlıq mövzularında çıxışlar edilmişdir.
Avropa şurasının Baş katibi Mariya Peyçinoviç Buriç hazırkı şəraitdə yerli özünüidarə orqanları ilə qarşılıqlı əməkdaşlığın və məlumat mübadiləsinin aparılmasının mühüm əhəmiyyətindən danışmışdır. Yerli və Regional Hakimiyyətlər Konqresi Monitorinq Komitəsinin sədri Lindert Verbek çıxış edərək pandemiya dövründə yerli özünüidarə orqanlarının rolu və fəaliyyəti barədə məlumat vermişdir.
Tədbirdə “Yerli demokratiyanın pandemiyaya cavab reaksiyası” adlı irihəcmli sənəd müzakirə edilib. Sənəddə qabaqcıl bələdiyyələrin indiki dövrdə tətbiq etdikləri müsbət təcrübələr və hazırkı şəraitdə sahibkarlığın inkişafına dəstək və s. məsələlər öz əksini tapmışdır.
Belediyye.info