"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

çox ağırdır, çox... BəLəDIYYə SəDRi YAZIR

--2017-07-06 / 10:00

 Bir ata düşünün ki, balasını öpməyə belə qıymır. Çox istədiyindən bir az mökəm öpərkən, qızaran yanaqlarını gördükdə özü-özünü tənbeh edir.

Bir ata düşünün ki, yatmış körpəsinə tamaşa edir. Birdən sanki balası nəfəs almır deyib cəld ona tərəf qaçır. Yaxınlaşır diqqətlə baxır balasının nəfəs aldığını görüb dərindən bir ah çəkir. Sonra gülümsəyir. şeytan balam qorxutdun məni deyir. O bir anlıq zaman içərisində ömrünün yarısını itirir. əlləri, ayaqları əsir. Soyuq tərlər axıdır. Rəngi ağappaq olur, ürəyi az qalır yerindən çıxsın.

Bir ata düşünün ki, evə qayıdarkən yorğunluqda ayaqları bədənini belə saxlamır. Ac, susuz, heysiz. Ancaq balasını görəndə onun gülən gözlərini görəndə hər şeyi unudur. Sanki dünyaya yenidən gəlir.

indi heç bir qüvvənin ağlatmağı bacarmadığı bir atanı düşünün. Bir yerdə sakit dayanmayan balasını al qan içində səssiz-səmirsiz,hərəkətsiz görən bir atanı düşünün. 

Balasını, ürəyini torpağa verən bir ata.

Fəryad edən bir ata.

Fəryadına yer-göy inləyən bir ata.

Öpməyə qıymadığı balasını qara torpağa verən, üstünə torpaq atıldığını seyr edən bir ata.

Bir ata, bir oğul düşünün ki, anası ilə balasını yan-yana dəfn edir və balasını anasına tapşırır. Çox ağırdır, çox...

Tural Nəbiyev

Füzuli rayon Horadiz bələdiyyəsinin sədri 

ŞƏRHLƏR