"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

çoxmənzilli binalarda idarəetmənin təşkiliylə bağlı iqtisadiyyat Nazirliyində işçi qrupu yaradılacaq

--2016-05-03 / 23:05

Bu barədə Belediyye.infoya məlumat Nəsimi  bələdiyyəsindən daxil olub.

Bələdiyyədən bildirilib ki, “Mənzil fondunun idarə olunmasının təşkilində bələdiyyələrin və ictimai birliklərin rolu” mövzusunda keçirilən dəyirmi masada bələdiyyə sədri  Nazim Qaraxanovun bu istiqamətdə irəli sürdüyü təklif nazirlik rəsmiləri tərəfindən müsbət qarşılanıb.

irəli sürülən təklifin əsas məqsədi çoxmənzilli  binalarda idarəetmənin təşkilində bələdiyyələrin vəzifələrinin dəqiqləşdirilməsi,  habelə mövcud vəziyyətin təhlili və problemlərin həlli yollarının  müəyyən edilməsidir.

Yaradılması nəzərdə tutulan işçi qrupuna mütəxəssislər, bələdiyyə sədrləri və mənzil mükiyyətçilərinin müştərək cəmiyyətlərinin sədrləri  daxil ediləcək.

Qeyd edək ki, bu istiqamətdə nazirlik beynəlxalq təşkilatların iştirakıyla xüsusi layihə icra  edir. Nazirlik əməkdaşları tərəfindən layihə çərçivəsində Sumqayıt, Mingəçevir, Nəsimi, Bakıxanov bələdiyyəsində görüşlər keçirilib, çap məhsulları paylanılıb.

Layihənin  sonunda xarici təcrübənin öyrənilməsi məqsədiylə səfərlərin təşkili də nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR