"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

çoxsaylı layihələri reallaşdırmaq üçün büdcə gəlirlərimizin kifayət qədər artımına nail olmalıyıq: ASSOSiASiYA SəDRi HESABAT VERDi

--2017-04-28 / 18:43

Təməli ümümmilli liderimiz  Heydər əliyev  tərəfindən qoyulmuş və Azərbaycan Respublikasında cəmiyyətin demokratikləşdirilməsi,yerli özünüidarəetmə sisteminin formalaşdırılması yolu ilə hakimiyyətin xalqa yaxılaşdırılması ,regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasəti bu gün də möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi altında ugurla həyata keçirilməkdədir.

Bu məqsədlə yerli və xarici təcürbəni nəzərə almaqla, idarəetmə sistemində yeni islahatlara start verildi, qlobal iqtisadi böhranın minimal təsirlərlə ötüşməsi ilə bağlı zəruri tədbirlər görüldü, qarşıya qoyulmuş  əsas vəzifələr uğurla  icra olundu.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısının dediyi kimi,  ”Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur”.

əsas strateji maraqlarımızın təmin olunduğu bir vaxtda ölkədə uğurla həyata keçirilən bələdiyyə siyasətinə dəstək verilməsi, yerli özünüidarəetmənin təkmilləşdirilməsi Bələdiyyələrinin Milli Assosiasiyalarının  prioritetləri  olduğundan, hesabat ilində sistemli olaraq məqsədyönlü tədbirlər  həyata keçirilmişdir.

Yerli demokratiyanın inkişafı istiqamətində qəsəbə bələdiyyələri tərəfindən 2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 06-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində keçirilmiş 655 görüşdə 68.948  nəfər iştirak etmiş, bələdiyyələrdə  7.085    nəfər vətəndaş qəbul olunmuşdur.

Ölkədə uğurla aparılan islahatlara dəstək olmağa çalışan Bələdiyyələrin Milli Assosiasiyaları  təşəbbüslə  çıxış edərək  “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” 26 sentyabr 2016-cı il tarixində keçirilmiş Referendum üzrə“Bələdiyyə” təşəbbüs qrupu və sonradan “Bələdiyyə” təşviqat qrupu yaradaraq Referendumla  bağlı  Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq üzərinə düşən vəzifələrin icrasında fəallıq göstərmişlər.

Hesabat ilində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektoru, Milli Məclisinin Regional Məsələlər Daimi Komitəsi, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi ilə əməkdaşlıq əlaqələrimiz davam etdirilmiş, yerli özünüidarənin təkmilləşdirilməsi sahəsində qanunların  qəbulu prosesində Milli Assosiasiyaların da  mövqeyi nəzərə alınmışdır. Nəzərinizə çatdırım ki,  bu cür əməkdaşlığımız MM–n Regional Məsələlər Daimi Komitəsində yaradılmış işçi qrupda da davam etdirlir. Fürsətdən istifadə edərək Yığıncağımızda təmsil olunan dövlət və hökümət strukturlarının nümayəndələrinə Sizin adınızdan təşəkkürümü çatdırıram.

Biz hesab edirik ki, ölkədə yerli özünüidarənin təkmilləşdirilməsinə, təşəkkülünə və daha da inkişaf etdirilməsinə, həmçinin  bələdiyyələrin səlahiyyətlərinə  aid olan yerli əhəmiyyətli  məsələlərin həllinin sürətləndirməsinə hesablanmış, Azərbaycan Respublikası Prezidentinin imzaladıgı fərman və sərəncamlar,eləcə də digər qanunvericilik aktları hüquqi bazamızın daha da genişlənməsinə səbəb olmuşdur.

idarəetmə və iqtisadi sahədə uğurla aparılan islahatların,  eləcə də qəbul olunan qanunların hüquqi xarakteri onu göstərir ki, dövlətimiz bələdiyyələrə cəmiyyətimizin bütün sahələrinin idarə olunmasında geniş və hərtərəfli şərait yaradır.

Hamımızın məqsədi  şəhərlərdə, qəsəbələrdə və kəndlərdə - ümumilikdə bütün ölkə ərazisində sosial-iqtisadi inkişafla bağlı qarşımıza qoyulan vəzifələri yerinə yetirmək və   vətəndaşımız üçün layiqli həyat şəraiti qurmaqdır. Biz sizinlə hər birimiz  öz bələdiyyəmizin  inzibati ərazisində bu məqsədlərə çatmaq üçün bütün potensialımızı səfərbər etməli və seçicilərimizin rifahı naminə yorulmadan çalışmalıyıq. Bələdiyyə ərazisində  gördüyümüz bütün işlərin, sakinlərə göstərdiyimiz  müxtəlif xidmətlərin   kəmiyyət və keyfiyyəti bələdiyyələrin iqtisadi potensialından birbaşa asılı olması hamımıza məlumdur. Bu baxımdan hesab edirəm ki, yerli büdcənin formalaşması, maliyyə mənbələrinin genişlənməsi, iqtisadi potensialın dayanıqlı maliyyə mənbəələri üzərində qurulması məsələləri  bu günki  Ümumi Yığıncağımızın ciddi müzakirə obyekti olmalıdır.

Bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi , yerli vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili 2016 – cı ildə keçirilən Ümumi Yığıncağda da geniş müzakirə olunmuş və bu sahədə ciddi tədbirlərin görülməsi qarşımıza bir vəzifə kimi qoyulmuşdur.  Bununla bağlı  ötən ilin fevral ayından başlayaraq, yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması üçün Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS)  proqramı hazırlanmış və ötən ilin oktyabr ayından başlayaraq  respublikanın bütün bələdiyyələrində, o cümlədən qəsəbə bələdiyyələinrdə də uğurla tətbiq edilməyə başlanmışdır.Bununla bağlı  Milli Assosiasiyaların əməkdaşları   respublikanın 8 şəhərində zona seminarları keçirilmişdir. Proqramın tətbiqi zamanı Milli Assosiasiyaya daxil olan müraciətlər onu deməyə əsas verir ki,  proqram olduqca praktik olmaqla yanaşı, bələdiyyələrin vergi  və maliyyə sahəsindəki fəaliyyətini xeyli dərəcədə təkmilləşdirməyə imkan  yaratmışdır.  Proqram ümumilikdə  bələdiyyələrin fəaliyyəti ilə bağlı  lazım olan statistik məlumatları operativ əldə etmək, təhlillər və ümumiləşdirmələr aparmaq  imkanı yaradır. ilkin mərhələdə bəzi çətinliklər olsa da Milli Assosiasiya tərəfindən qəsəbə bələdiyyələrinin mühasibləri və proqram üzrə mütəxəssisləri üçün təşkil olunan seminar və praktiki məşğələlərdən sonra  irəliləyişə nail olunmuşdur. Amma onu da etiraf etməliyik ki, bir sıra bələdiyyələr   lazımi məlumatları, əsasən də vergi ödəyiciləri, vergitutma obyektləri, bələdiyyənin gəlir və xərcləri ilə bağlı məlumatları vaxtında  proqrama daxil etmirlər. Hesab edirəm ki, tərəfimizdən maliyyə mənbələrimizin əsasını təşkil edən vergi və ödəniş ödəyicilərinin müəyyənləşdirilməsi, onlar barədə məlumatları dəqiqləşdirərək proqrama daxil edilməsi işində əsaslı dönüş yaradılmalır. Eyni zamanda vergi odəyicilər üşün  ödəniş etmək imkanları artırılmalı, mümkün olan bütün vasitələrlə ödənişlə bağlı  prosedurlar sakinlər üçün asanlaşdırılmalıdır. Yaxşı olardı ki, bank və poçtla yanaşı bələdiyyələrimiz  ödənişlərin onlayn vasitəsi ilə ödənilməsini də  təmin etsinlər. Bir sözlə vergi və ödənişlərin büdcəyə daxil edilməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə etməklə və BAMS proqramının imkanlarından maksimum yararlanmaqla qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Proqramla işəyən mühasiblərin və  kompüter mütəxəssislərin ixtisaslarının artırılmasına da xüsusi diqqət  verməliyik.  Bütün bu məsələlərdə Milli Assosiasiya olaraq biz istənilən formada Sizə texniki və metodiki köməklikləri  göstərmişik və bundan sonra da  bunu davam etdirməyə hazırıq. Ona görə də  çıxış edənlərdən xahiş olunur ki, yerli vergi ödəyicilərin uçota  alınması, onların vergiyə cəlb olunmasında mövcud olan problem və çətinliklər, həmin problemlərin  aradan qaldırılması,  eləcədə BAMS –nin  fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı  təkliflərə daha çox   diqqət ayırsınlar.

Nəzərinizə çatdırım ki, bələdiyyə büdclərinin cəlir və xərcləri, yerli vergi və ödənişlərin yığımı ilə bağlı təhlillərimiz bu il ilk dəfə olaraq BAMS-a daxil edilmiş məlumatlar əsasında aparılmışdır. BAMS proqramı vasitəsi ilə hər bir bələdiyyə üzrə  vergi və ödənişlər, ümumi gəlirlər və xərclər üzrə  bütün məlumatlar və statistik göstəriçilər təhlil edilmiş, ümumiləşdirilərək müvafiq nəticələr  əldə edilmişdir.

Təhlillər zamanı aydın olmuşdur ki, 2016-cı ildə qəsəbə bələdiyyələrinin büdcə gəlirləri 7 448 428  manata,  xərcləri isə 7 207 119    manata bərabər olmuşdur.

2016-cı ilin büdcə daxilolmalarında yerli  vergi və ödənişlərdən daxil olmalar üstünlük təşkil etmişdir.  Belə ki,daxilolmaların 5 906 875 manatı və ya  79,3  fazi yerli (bələdiyyə) vergi və ödənişlər, 626 568 manatı  və ya  8,4 fazini dövlət tərəfindən ayrılan dotasiyalar,  576 354  manatı və ya  7,7 faizi  digər ğəlirlər  hesabına formalaşmışdır.

Təhlillərin nəticəsi onu deməyə əsas verir ki, əksər qəsəbə bələdiyyələri  ötən il  yerli  vergilərin  toplanmasına daha ciddi yanaşmışlar . Sevindiriçi haldır ki, qəsəbələr üzrə yerli vergi və ödənişlərdən daxil olan vəsaitin 70,7 faizini  fiziki şəxslərdən torpaq və əmlak vergisi, yəni dayanıqlı maliyyə mənbələri təşkil edir. Bununla belə 141 qəsəbə bələdiyyəsindən       39 bələdiyyə fiziki şəxslərdən əmlak vergisindən, 14 bələdiyyə fiziki şəxslərdən torpaq vergisindən bir manat da olsun belə vəsait yığa bilməmişdir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, 8 qəsəbə bələdiyyəsi bir manat da olsun belə vəsait yığmamış, onların  büdcə gəlirləri  yalnız dotasiya hesabına formalaşmışdır.          

Bələdiyyələrimiz əmlak və torpaq vergilərinin yığılmasnda fəallıq göstərsələr də, digər vergilərin yığımı barədə bunu demək olmaz. Yerli əhəmiyyətli tikinti materiallarından  mədən vergisi üzrə cəmi 4 bələdiyyə, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi üzrə yalnız bir bələdiyyəyə vəsait daxil olmuşdur.

Baxmayarq ki, iqtisadi potensialımızın dayanıqlı maliyyə mənbəələri üzərində qurulmasıın müxtəlif yollarından biri də  hüquqi şəxs formasında bələdiyyə müəssisələrinin  və xidmət sahələrinin yaradılmasıdır, 141 qəsəbə bələdiyyəsindən yalnız bir bələdiyyədə, şəmkir rayonunun Ginarlı qəsəbəsində bələdiyyə  müəssisəsi yaradılmışdır. Halbuki, məənfəət əldə etməklə yanaşı, eyni zamanda yerli problemlərin həlli və sakinlərə bələdiyyə xidmətlərinin göstərilməsi  baxımından xidmət və istehsal sahələrinin yaradılması çox vacibdir.  Hesab edirik ki, büdcə gəlirləri  imkan verən  qəsəbə bələdiyyələri təşəbbüs göstərib mxtəlif istehsal  və xidmət sahələri yaratmalı və bununla da  sakinlərə ictimai xidmətlərin çeşidini və səviyyəsini  artırmağa çalışmalıdırlar

 indi isə qəsəbələr üzrə  yerli ödənişlərdən daxilolmaların  təhlilinə nəzər salaq. Ödənişlərdən daxil olan illik maliyyə vəsaiti 1 876 640 manat təşkil edir ki, bu da büdcə gəlirlərinin 25,2 faizini, vergi və ödənişlərdən daxil olmaların isə 28,9 faizini təşkil edir. Təhlillərdən belə bir nəticəyə gəlinir ki, bələdiyyələr bir çox ödənişlər üzrə yığımı təşkil edə bilməmişlər. Belə ki,  küçə (divar) reklamının yayımı üçün ödəniş üzrə  cəmi 4 bələdiyyə, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş üzrə cəmi 5 , nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş üzrə  cəmi 4 , stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş üzrə cəmi 8 bələdiyyə,  ümumilikd 63 041 manat vəsait yığa bilmişlər.  Bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsinə görə ödəniş 55 bələdiyyə üzrə 811877 manat təşkil etmiş, 86 bələdiyyəyə isə bu ödəniş növündən vəsait daxil olmamışdır.

Bələdiyyə mülkiyyətinin icarəsinə görə ödəniş  85 bələdiyyə üzrə 462322 manat olmuş, 56 bələdiyyə isə əsas gəlir mənbələrindən biri olan bələdiyyə torpaqlarının icarəsini düzgün təşkil etməmiş və bu istiqamətdə büdcələrinə bir manat da olsun vəsait daxil olmamışdır.

Digər ödənişlər, yəni su təhcizatına və məişət tullantıların daşınmasına görə yalnız  4 qəsəbə bələdiyyəsinin büdcəsinə ümumilikdə 576354 manat vəsait daxil olmuşdur.

Qəsəbə bələdiyyələri üzrə büdcə gəlirlərinin ötən dövrlə müqayisəli təhlilı göstərir ki, qəsəbə bələdiyyələrinin yerli (bələdiyyə) vergi və ödənişləri 2015-ci illə müqayisədə 6129450 manatdan 6483229  manatadək ( 353779  manat) yəni 5,8 faiz  artmışdır. Ümumi gəlirlər isə qəsəbə bələdiyyələri üzrə   keçən  dövrlə müqayisədə 7161950 manatdan  7 448 428  manatadək artmışdır ki, bu da 4 faiz  artım deməkdir.   Vergi və ödənişlərin yığılmasında artım əsasən  Səbail rayonunun Badamdar qəsəbəsində 37,3 faiz, Sabunçu rayonunun Bakıxanov bələdiyyəsində 37  faiz  olmaqla 92 qəsəbə bələdiyyəsində bu artım baş vermişdir.    25 bələdiyyədə yığım demək olar ki, eyni səviyyədə qalmış, 14 bələdiyyədə yığımın səviyyəsi nisbətən azalmış, 10 bələdiyyədə isə ümumiyyətlə yığım olmamış və ya yığımın səviyyəsi 100 manatdan aşağı olmuşdur.

Diqqətinizə çatdırım ki, 2016-cı il üzrə  büdcə daxilolmalarında ən yüksək göstərici 630099 manat olmaqla Rəsulzadə bələdiyyəsində qeydə alınmışdır.

Ümumilkdə götürsək, dövlət tərəfindən verilən dotasiyalar və digər gəlirlərlə birlikdə  qəsəbə bələdiyyələrinin  2016-cı ildə aylıq gəlirləri 4.402 manat təşkil etmişdir.

Assosiasiyaya üzv  bələdiyyələrin  büdcə xərclərinin təhlili göstərir ki, qəsəbə  bələdiyyələri 2016-cı ildə büdcə xərclərinin  55 faizə yaxını   yerli özünüidarəetmənin  saxlanmasına   sərf etmişlər. əfsuslar olsun ki, yalnız 45  qəsəbə  bələdiyyəsi öz işini 50 faizə qədər   göstərici səviyyəsində qura bilmişdir. ən yaxşı göstərici  17,3 % Sabunçu rayonunun Bakıxanov bələdiyyəsində olmaqla   4 bələdiyyə  büdcə gəlirlərinin 30 faizinədək, 411 bələdiyyə isə yerli özünüidarəetmənin  saxlanmasına 30 faizdən 50 faizədək vəsait sərf etmişlər.  Digər qəsəbə bələdiyyələrin hamısında yerli özünüidarəetmənin saxlanmasına 50 faizdən çox, bəzi bələdiyyələrdə isə vəsait tamami ilə bu məqsədlərə sərf olunmuşdur.

Hesab edirik ki, bu kifayət  qədər  narahatedici məsələ olduğundan bələdiyyə sədrləri bu barədə ciddi düşünməli və müvafiq tədbirlər görməyə səy göstərməlidirlər.  

Bununla belə  hesabat ilində qəsəbə bələdiyyələri   büdcə vəsaitləri hesabına yerli problemlərin həlli ilə bağlı çoxsaylı iqtisadi, sosial və digər layihələr həyata keçirmişlər. “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində  2016-cı ildə  qəsəbə  bələdiyyələri tərəfindən 19 istiqamətdə, 599 layihə üzrə, 2.866.997 manatlıq müxtəlif xarakterli sosial  layihələr icra olunmuşdur ki, bu da büdcə xərclərinin 40,1  faizini təşkil erdir.  Lyihələr əsasən abadlıq və quruculuq , bələdiyyə yollarının saxlanması və sosial humanitar məsələləri  ıhatə etmişdir.

Cari ildə isə 19 istiqamətdə, 657 layihə üzrə,  müxtəlif xarakterli sosial  layihələrin icrası nəzərdə tutulmuşdir.   Bütün bunlar  onu göstərir ki, regionların sosial-iqtisadi inkişafında, davamlı olaraq bələdiyyələrimizin də özünəməxsus  yeri və payı vardır.

Cari il üçün planlaşdırdığımız və yerli məsələlərin həllinə yönəlmiş çoxsaylı layihələri reallaşdırmaq üçün büdcə gəlirlərimizin kifayət qədər artımına nail olmalıyıq. Biz   bələdiyyə büdcəsinin  maksimum səviyyədə formalaşdırılması məqsədi ilə vergi və ödənişlərin yığılması işini daha səmərəli formada təşkil etməli,  vergi odəyicilərimizlə və ümümilikdə bütün sakinlərimizlə münasibətlərimizi düzgün qurmağı bacarmalı  və onları biləvasitə bələdiyyənin fəaliyyətində iştirakını təmin etməliyik. Sakinləri bələdiyyənin işinə cəlb etməyin ən effektli yolu qəsəbələrdə məhəllə komitələrinin yaradılması və yerli özünüidarəni  onlarla birgə həyata keçirməkdir. Apardığımız təhlillərin nəticəsi göstərir ki, qəsəbə bəədiyyələrində məhəllə komitələrinin təşkili ilə bağlı görülən işlər qənaətbəxş deyildir. Yalnız  Binəqədi rayonunun Binəqədi qəsəbə,  Sabunçu rayonunun Bakıxanov  və Suraxanı rayonunun  Qaraçuxur  bələdiyyələri ərazilərində məhəllə komitələri yaratmış və   yerli  vergi və ödənişlərin toplanmasında onların köməyindən səmərəli istifadə edirlər.  

Təcrübə göstərir ki, məhəllələrin abadlaşdırılması zamanı yerli əhalinin bələdiyyə işinə cəlb edilməsi, bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsinin əsas şərti kimi ictimai nəzarətin həyata keçirilməsinə şərait yaratmaqla bərabər, yerli əhalidə təşəbbuskarlığı da artırmış olur. Hesab edirəm ki, qəsəbə bələdiyyələrimiz bu işdə dönüş yaratmalı və şəhər bələdiyyələrinin qabaqcıl təcrübəsindən yararlanmalıdırlar.

Hesabat ilində Milli Assosiasiyalar tərəfindən bələdiyyələr arasında beynəlxalq əməkdaşlıq çərçivəsində də  müəyyən işlər aparılmışdır.  Onlardan bir neçəsini qeyd etmək istərdim.

Beynəlxalq əlaqələr çərçivəsində Milli Assosiasiyaların icra katibliyi və bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 21-23 iyun 2016-cı il tarixlərində şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə əməkdaşlıq Çərçivəsi”də Ukraynanın Kiyev şəhərində keçirilən regional seminarda iştirak etmişlər.

19-21 oktyabr 2016-cı il tarixlərində Azərbaycan şəhər , Qəsəbə  və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının sədrləri Fransanın Strasburq şəhərində Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin keçirilən 31-ci sessiyasında iştirak etmişlər.

Milli Assosiasiyaların rəhbərliyi, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü və bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti 18-22 may tarixlərində Latviya Bələdiyyələr ittifaqının hesabat yığıncağında iştirak etmişlər.

Milli Assosiasiyaların dəvəti ilə 2016-cı ilin 21-25 noyabr tarixlərində Litvanın yerli özünüidarəetmə orqanlarını təmsil edən nümayəndə heyəti gələcək qarşılıqlı əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədilə Azərbaycanda səfərdə olmuşlar.

Milli Assosiasiyaların və Binəqədi rayon bələdiyyələrinin təşkilatçılığı ilə Latviya, Litva və Estoniya Respublikalarının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərlikləri səviyyəsində 2016-cı ilin noyabr ayının 03-də Binəqədi rayonun Binəqədi qəsəbəsinin Mədəniyyət Mərkəzində “Multikulturalizmin inkişafında bələdiyyələrin rolu” mövzusunda tədbir keçirilmişdir.

2016-cı ilin mart ayının 09-da Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin Bakı ofisinin rəhbərliyi milli assosiasiyaların rəhbərliyi ilə görüşmüş və əvvəlki illərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin nəticələri müzakirə edilmiş və növbəti illərdə bu əməkdaşlığın davam etdirilməsi niyyəti bildirilmişdir.

Hesabat ilində həmçinin Milli  Assosiasiya və qəsəbə bələdiyyələri Fövqalədə  Hallar Nazirliyinin  Bakı Regional Mərkəzi və yerli icra hakimiyyətləri  orqanları ilə bır sıra maarifləndirmə tədbirləri həyata keçirmişlər.

Hesabat ilində Milli Assosiasiyanın idarə Heyətinin iclasları üçün müvafiq sənədləşdirmə və hazırlıq işləri aparılmış, arayışlar və müvafiq qərar layihələri hazırlanmış, idarə Heyətinin 6 iclası keçirilmişdir.

2017-ci ildə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində, xüsusən yerli vergi və ödənişlərin toplanmasında Sizlərlə birgə hələ xeyli işlər görməliyik. Mərüzədə qeyd olunan və qeyd olunmayan problemləri həll etmək ücün bələdiyyələrdə maarifləndirmə, təbligat və Izahat işləri daha geniş miqyasda aparılmalı,yerli özünüidarəetmə sisteminin mahiyyəti barədə vətəndaşlarda  daha geniş təsəvvürlər yaradılmalıdır.

Yekun olaraq bildirirəm ki, sizinlə birgə fəaliyyətimiz son nəticədə əhalinin maddi- rifah halının daha da yüksəldilməsinə xidmət edəcək və xalqımızın mənafeyi naminə dayanaqlı inkişafın  təmin  olunmasında   mühüm rol oynayacaqdır.

Hümbət Hüseynov

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağında  Assosiasiyanın sədri, Binəqədi rayon  M.ə.Rəsuzladə bələdiyyəsinin sədri 

ŞƏRHLƏR