"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

çukurova Bələdiyyələr Birliyinin başçısı: Azərbaycanın işğal altında olan bütün torpaqları azad edilməlidir

--2017-11-06 / 19:00

Azərbaycanın işğal altında olan bütün torpaqları azad edilməlidir.

Bunu Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edən Türkiyənin Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü jurnalistlərə müsahibəsində deyib.

“işğal altında olan Azərbaycan torpaqlarının bir qisminin ötən ilin aprel döyüşlərində azad edilməsi nəticəsində cocuq mərcanlılar öz yurdlarına qayıtmaq imkanı əldə ediblər. Onların bəziləri artıq burada məskunlaşıblar. Bu sevincinizə şərik olmaq üçün Cocuq Mərcanlıya gəlmişik. Burada gözəl, müasir qəsəbə inşa edilib. inşallah, işğal tamamilə sona yetəcək, bütün məcburi köçkünlər doğma torpaqlarına qayıdacaqlar”, – deyə Hüseyn Sözlü bildirib.

https://azertag.az/xeber/1109357

ŞƏRHLƏR