"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daha bir bələdiyyə sədri yazdı-REFERENDUMNAN

--2016-08-06 / 12:38

Daha bir bələdiyyə sədri yazdı-REFERENDUMNAN

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva özünün Facebook səhifəsində Referendumnan yazıb:

“Dünən ölkə üzrə bələdiyyə sədr və üzvlərinin iştirakı ilə baş tutan toplantıda 26 sentyabr 2016-cı il tarixində keçiriləcək Referendumla əlaqədar "Bələdiyyə" təşəbbüs qrupu yaradıldı. 348 nəfərin iştirak etdiyi konfransda göstərilən etimad və "səlahiyyətli nümayəndə" seçilməyim mənim üçün bir şərəf və qürurdur.

Siyasi mənsubiyyət daşıyabilmə yaşıma gəldiyimdən - 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ölkə Prezidenti cənab ilham əliyevin təşəbbüsü ilə keçiriləcək Referendumda səlahiyyətli nümayəndə olmağım məni daha məsuliyyətli və əzmkar edir.

Bir daha əmin oluram ki, siyasi seçimim ən doğru olandır və bu istiqamətdə Ali Baş Komandanın əsgərlərindənəm.

Ümummilli Lider Heydər əliyev "Azərbaycan dünyaya günəş kimi doğacaq" - deyirdi. Bu gün biz bu günəşin nurunda varıq!

Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan xalqı və Azərbaycan Bağrağı!”

Belediyye.info

ŞƏRHLƏR