"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Daha bir bələdiyyədə sədr dəyişikliyi baş verib

--2015-12-19 / 16:17

Suraxanı rayon Bülbülə  bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə,  bələdiyyənin bu gün keçirilən iclasında  sədr Natiq Həsənovun istefası qəbul edilib.

Bələdiyənin sədr müavini işləyən Babayev Cavid Kazim oğlu bələdiyyənin yeni sədri seçilib.

Sədrin hansı səbəbdən istefa verməsi açıqlanmasada, bu yerdəyişməinin Natiq Həsənovun öz istəyi ilə baş verdiyi deyilir.  Qeyd edək ki, Bülbülə bələdiyyəsinin 15 üzvü vardır.

Bu Suraxanı rayonu ərazisində formalaşan altı bələdiyyədən artıq ikinci bələdiyyədir ki, carı ildə sədr dəyişikliyi baş  verir.  Bundan əvvəl Zığ  bələdiyyəsində də sədr dəyişikiyi baş vermişdi.

Belediyye.info

ŞƏRHLƏR