Belediyye.infoya daxil olan məlumata görə, Abşeron rayonu Masazır qəsəbə bələdiyyəsində sədr dəyişkliyi baş verib. Dəyişikliyin hansı səbəbdən baş verməsi barədə məlumat verilməsə də, dünən axşam saatlarında keçirilən bələdiyyə iclasına sədr Rüfət Fətullayev istefa ərizəsini təqdim edib. Bələdiyyə iclasında sədrin istefası qəbul edilib və sədr səlahiyyətlərinin icrası bələdiyyə üzvü Azər Quliyevə həvalə edilib.
əlavə edək ki, bələdiyyənin 2020-ci ilin yanvarında 37 min manat işığa, 25 min manat suya görə, 17 min manat qaza, 19 min manat zibil tullantıların daşınmasına görə borcu olub. Və bu borclar son iki il ərzində bələdiyyənin fəaliyyəti nəticəsində silinib.
Hazırda Masazır bələdiyyəsinin ərazisində 13.500 sakin qeydiyyatda olsa da, qeyri-rəsmi 104 min nəfər yaşayır. Bu gün bələdiyyə ərazisində irili- xırdalı 570 küçə var. ərazisi isə 2000 hektar təşkil edir.
Belediyye.info